19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Yaşar Vahabzadə qələbəni şərh etdi: “Oyunumuz məni qane etdi”

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadənin Futbolxeber.az saytına müsahibəsi   

- U-21 millimiz “Antalya Cup”dakı ilk oyununda Ukraynaya 2:1 hesabı ilə qalib gəldi. Komandadan razı qaldınız?

- Uşaqlardan razı qaldım. Çoxları klubunda yüklənmişdi. Bu, açıq-aydın görünürdü. Bəzi oyunçularda yorğunluq da vardı. Ümumi götürəndə, komandanın oyunu məni razı saldı. Futbolçular meydanda əllərindən gələni etdilər.

- Komandada ilk oyunun gərginliyi hiss olunurdu?

- Əlbəttə. Amma Ukrayna da pis komanda deyil. Cəld, çevik, topla yaxşı davranırdılar. Bizim üçün də yaxşı oyun oldu. Oyunumuz məni qane etdi

- Matçı hissələrə ayırsaq...

- Məncə ilk yarı ilə müqayisədə, ikinci hissədə daha yaxşı sərgilədik.

- Yəqin bunda fasilədə verdiyiniz tapşırıqların rolu olub.

- Yox, belə deməzdim. Onsuz da fasilədə öz tapşırıqlarımızı verəcəkdik.

- Bəs, onda ikinci hissədəki inamlı oyunun səbəbi nədir?

- Matçın əvvəlində komandada həyəcan var idi. Bu, bizim turnirdəki ilk oyunumuz idi. Üstəlik, komanda çoxdandı biryerdə olmurdu. Həmçinin heyətdə yeni oyunçular da vardı – Kamal Mirzəyev, Ruslan Nəsirli. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Digər tərəfgdən də uyğunlaşmağa vaxtımız olmamışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30