26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"AFFA-dan kim pul söz veribsə, "Rəvan" adını çəksin"

AFFA cari mövsüm Azərbaycan I divizionundan Premyer Liqaya yüksələn "Rəvan" klubuna çempionata qatıldığı üçün pul vəd olunması və həmin məbləğin ödənilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə, assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum heç bir kluba hansısa məbləğ vəd etməyib. M.Nərimanoğlu bildirib ki, federasiyadan kimlərsə, hansısa vəd veribsə, klub bunu açıqlamalıdır: "Konkret kim deyib ki, AFFA pul ödəyəcək? Ad çəksinlər, desinlər ki, filankəs bizə bu sözü verib. Mən qapı-qapı düşüb soruşmayacam ki, "sən "Rəvan"a pul söz vermisən, ya yox? Heç bir pul vəd olunmayıb".

Qeyd edək ki, "Rəvan" klubu Premyer Liqaya qatılmaları müqabilində AFFA-nın maliyyə dəstəyi verəcəyinə dair vəd verdiyini iddia edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30