26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Hindistanda çalışan azərbaycanlı məşqçi: “Gəncədə belə komandanın olmasına çox sevinirəm”

“Doğma klubumuzun elitaya qayıtması münasibəti ilə Gəncə futbolunun azarkeşlərini təbrik edirəm. “Kəpəz” oynadığı futbolla fanatları stadiona qaytarıb. Mən Gəncədə belə komandanın olmasına çox sevinirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri kapazpfc.az saytına Hindistanda çalışan gəncəli məşqçi Etibar İbrahimov deyib.

Asiya ölkəsində 16 yaşlı oğlanlardan ibarət yığma komandanın məşqçisi vəzifəsində işləyən İbrahimov daha sonra sözlərinə bunları əlavə edib: “İnternet vasitəsi ilə komandanın çıxışını izləyirəm. Sevindiricidir ki, ev oyunlarında azarkeşlər stadionu doldururlar. Yalnız Gəncədə belədir. Bu, şəhərimizdə futbolun xüsusi yerinin olduğunu göstərir. Komandaya hərtərəfli dəstəyə görə klub rəhbərliyinə də sağ ol düşür”.

Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında çalışmış mütəxəssisə “sarı-göylər”in heyətində çıxış edən gənc futbolçular yaxşı tanışdı. Belə oyunçulardan biri Budaq Nəsirovdur: “Şahin Diniyev yaxşı kollektiv yaradıb. Heyətə perspektivli futbolçular cəlb olunub. Bu mənada Budaq Nəsirov millidə işlədiyim dövrdən yaxşı tanıdığım futbolçulardan biridir. Onun oyunu məni sevindirməyə bilməz. Nəsirova uğurlar arzu edirəm. Əvəzedici heyətdən ara-sıra əsas komandaya çağırılan Əli Səmədova görə də çox şadam”.

Pro kateqoriyalı məşqçi Nizami yurdunun təmsilçisinin Premyer Liqada uğurlu çıxışında baş məşqçi faktorunu da irəli çəkib: “Kəpəz”in ən böyük uğuru komandanın başına Şahin Diniyevin gətirilməsidir. Onu uzun müddətdir ki, tanıyıram. Şahin müəllim minimumdan maksimum əldə edən məşqçilərdəndir. Diniyev öz hazırlıq planı ilə komandanı lazım olan kondisiyaya gətirib çıxa bilir. “Kəpəz”in turnir cədvəlində üst sıralardakı rəqibləri ilə xal fərqi də çox deyil. Komandanın maddi imkanları bir qədər güclü olsa, Gəncə klubu çempionatda həmişə mükafatlara iddia edə bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30