25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” - “Ayntraxt” matçında tək qol

2015-2016-cı il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin əvəzedici komandası ilk matçını keçirib. Futbolxeber.az-ın məlumatına görə, yanvarın 16-dan Antalyada hazırlıq keçən “qırmızı-qaralar” Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşıb. Oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçirilib. “Qəbələ”nin baş məşqçisi Ramin Quliyev bu oyunda aşağıdakı heyətə şans verib: Həsən Hüseynov (Elnur Orucov), Tural Məmmərzayev, Murad Musayev, Sahib Mirzəyev, Amin Seydiyev (Əziz İsmayılov), Yusif Dilanov (Hacıağa Hacılı), Emin Zamanov, Ülvi İbazadə (Ülvi İsgəndərov/Rövlan Muradov), Ramil Həsənov, Şamil Camaləddinov, Ehtiram Şahverdiyev.

Qarşılıqlı hücumlarla başlayan matçın 3-cü dəqiqəsində Almaniya klubu hesabı açıb. “Ayntraxt”ın heyətində Sedrik Heller fərqlənib. Bundan sonra “Qəbələ” rəqib qapısına təzyiqi artırıb, hesabı dəyişməyə çalışsa da, yaratdığı qol imkanlarından yararlana bilməyib. Quliyevin oyunun gedişində gerçəkləşdirdiyi əvəzetmələr hücumların kəsərini artırsa da, rəqib qapısına həmlələr qolla nəticələnməyib.

Beləliklə, əvəzedicilər ilk yoxlama oyununda 0:1 hesabı ilə məğlub olub. Quliyevin yetirmələri növbəti matçını yanvarın 22-də Danimarkanın U-19 yığması ilə keçirəcək (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30