28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hüseyn Məhəmmədovdan “Neftçi”yə mesaj: “İmkan vermərəm ki, adımı ləkələsinlər”

“Neftçi” tərəfindən mənə qarşı irəli sürülən ittiham ağır, qəbuledilməzdi. Baş verənlərə görə çox təəssüflənirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri veteran qapıçı Hüseyn Məhəmmədov deyib.

Dünən "Neftçi" klubun akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədovla 01.06.2015-ci il tarixində bağlanmış xidməti müqaviləyə məşqçinin mərc oyunlarında iştirakı səbəbindən xitam verildiyi barədə məlumat yayıb.

Veteran qapıçı bu gün jurnalistlərlə görüşərək, haqqında deyilənlərin əsassız olduğunu bildirib: “Dekabrın 28-də klub rəhbərliyi məni yanına dəvət etdi. Mənə bildirdilər ki, saytların birində “Topaz” mərc oyunları məntəqəsində çəkilmiş fotom yayılıb. Bu səbəbdən də işimdən azad olunuram. Mən isə deyilənlərin yalan olduğunu bildirdim. Həmin saytda müsahibəm çıxdı. Sonra xəbəri yayan saytın əməkdaşları araşdırma apardılar və bəyan etdilər ki, haqqında söhbət açılan foto daha əvvəl, hələ mənim “Neftçi”də işləmədiyim vaxt, təxminən 1 il 6-7 ay bundan əvvəl çəkilib. O zaman da mən mərc oyunlarında iştirak etməmişəm. Sadəcə “Topaz” məntəqəsi işlədən dostumla görüşüb, orada çay içmişəm. Bir sözlə, “Topaz” sadəcə bəhanədi. Mənim adımı ləkələyirlər. Bununla isə heç cür razılaşa bilmərəm”.

Veteran qolkiper qeyd edib ki, bu məsələ ilə bağlı yuxarı dairələrə şikayət edəcək: “Adımın ləkələnməsi ilə razılaşa bilmərəm. Mənim xeyli sayda yetirməm var. Üstəlik, ailə başçısıyam, övladlarım var. Nəyə görə haqqıma girib, üstümə şər atırlar? İlk növbədə AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edəcəyəm. Əgər AFFA-dan cavab gəlməsə, o zaman ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevə məktub ünvanlayacağam. Uzun illər futbol oynamışam, dəfələrlə ölkə çempionu olmuşam, millinin şərəfini qorumuşam. Hər zaman çalışmışam ki, adımı qoruyum. İndi imkan vermərəm ki, əbəs yerə adım ləkələnsin”.

Mərc oyunlarında iştirak etmədiyini vurğulayan Məhəmmədov, konkret hansı səbəbdən ləkələndiyinin səbəbini bilmir: “Tam səmimi deyirəm, mənə desəydilər ki, səninlə işləmək istəmirik, çıx get, heç səsimi də çıxarmazdım. Axı nəyə görə məni ləkələməlidilər? Konkret hansı səbəbdən işimdən uzaqlaşdırıldığımı bilmirəm. Bir müddət əvvəl Dmitri Kramarenko bildirdi ki, mənim klubda işim həddindən artıq çoxdur və buna görə də köməkçi məşqçiyə ehtiyac duyuruq. Amma indi məlum olur ki, həmin məşqçi mənim yerimə keçib. Yanvarın 4-də əmrim verildi. Düzdür, dekabra görə maaşımı almışam. Lakin bununla iş bitmir. Klubdan getməyimi heç rəsmi sayt vasitəsi ilə də yazmadılar. Nəyə görə? Bir daha təkrar edirəm ki, hər hansı mərc oyunlarında iştirak etməmişəm. Üstümə şər atırlar. Həmin sayt yazdığı xəbəri təkzib edib. Bildiriblər ki, foto “Neftçi”də işlədiyim müddətdə çəkilməyib. Bu halda problem nədir? Mənim vaxtım var “Topaz” oynamağa? Özləri də çox gözəl bilirlər ki, bütün günü iş başında oluram. Haqqımı sonadək qoruyacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31