29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” mərc oyunlarında iştirak edən məşqçisi ilə vidalaşdı

"Neftçi" PFK-nın Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədovla 01.06.2015-ci il tarixində bağlanmış xidməti müqaviləyə, məşqçinin mərc oyunlarında iştirakı səbəbindən xitam verilib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov açıqlama verib.

Klub rəsmisinin sosial şəbəkədə yaydığı açıqlamada deyilir6 “Müqavilədə klubdaxili qaydalara əsasən mərc oyunlarında iştirak etməmək haqqında bənd yer alıb və təbii olaraq məşqçi bunu nəzərə almalı idi. Məşqçinin oyunlara pul qoyuluşu etməsi ilə bağlı fakt təsdiqini tapan kimi onunla yollar ayrılıb. Bununla əlaqədar olaraq Hüseyn Məhəmmədov kluba çağırılıb və ona məlumat verilib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31