20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Zirə”nin Almaniya klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” artıq ilk mərhələni başa vurmaq üzrədir. Futbolxeber.az-ın məlumatına görə, bir həftənin tamamından etibarən baş məşqçi Adil Şükürov yoxlama oyunlarında komandanın gücünü sınayacaq. “Qartallar” ilk oyununu sabah keçirəcək. Əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib. Belə ki, “Zirə” sabah Qazaxıstanın “Ordabasi” klubu ilə üz-üzə gələcək.  Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma saat yerli vaxtla 17:00-da başlayacaq. Həmçinin, komandanın yanvarın 19-da qarşılaşacağı rəqibin də adı məlum olub. Belə ki, “Qartallar” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək (klub saytı).   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30