23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Kəpəz”in yoxlama oyununda daha iki rəqibi müəyyənləşdi

Premyer Liqanın qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub. Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər” ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək. Yevlaxda əvəzedicilərlə birlikdə məşq edən komandanın rəqibi elə “dubl” olacaq. Şahin Diniyevin yetirmələrinin əvəzedici heyətlə görüşü saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.

“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 26-da Bakıda olacaq. Hələlik qarşılaşmanın keçirilmə yeri və saatı dəqiqləşməyib. 

Xatırladaq ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi müəyyənləşib (klub saytı).   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30