25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” Antalyaya yollandı

Premyer Liqanın XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Futbolxeber.az-ın məlumatına görə, təlim-məşq prosesi Türkiyədə baş tutacaq komanda bu gün səhər saatlarında qonşu ölkəyə yollanıb. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Toplanış yanvarın 27-nə kimi davam edəcək. Hazırlıq müddətində “qırmızı-qaralar” Antalyanın Belek bölgəsindəki “Gloria Sereniti” otelində məskunlaşacaq. Bu müddətdə “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyunu keçirəcək. Roman Qriqorçukun yetirmələrinin ilk rəqibi “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komanda Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.

Xatırladaq ki, Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək komanda XIX turda “Kəpəz”lə qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30