17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Səlahət Ağayev: “Türkiyə ilə yanaşı, başqa ölkədən də təklif almışam”

Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayevin müsahibəsi

- Məşq edirsiniz?

- Xeyr. "Sumqayıt"ın qapıçılarla iş üzrə məşqçisi Etibar Tanrıverdiyevlə danışmışam. Onunla Azərbaycan yığmasında birgə çalışmışıq. O, baş məşqçi və klub rəhbərliyi ilə danışacaq. Mən bu komandanın düşərgəsində məşq keçmək istəyirəm. Amma hələ "Sumqayıt"da məşq etməmişəm. Hələ ki, fərdi olaraq çalışıram. Başqa kluba keçidim alınmasa, bu komandada məşq etməli olacağam.

- Bəs ümumiyyətlə, heç bir kluba keçə bilməsəniz, mövsümün sonunadək "Sumqayıt"da qala bilərsiniz?

- Elə olsaydı, "İnter"də qalardım. Heç nə alınmasa, karyeramı Azərbaycanda davam etdirəcəyəm. "Sumqayıt"a keçməyim də istisna deyil.

- Belə başa düşdük ki, xaricdə oynamaq istəyirsiniz...

- Bəli. Hesab edirəm ki, bunun zamanı çatıb.

- Manatın devalvasiyası, ölkədəki böhranla əlaqədar xaricə üz tutursunuz?

- Xeyr, niyə ki? "İnter"də də maaşımı dollarla alırdım. Burada məsələ heç də pulda deyil. Özümü ölkə xaricində oynayacaq gücdə hesab edirəm.

- Azərbaycan futbolunda maliyyə problemi hiss etmirsiniz?

- Bəzi klublarımız indi maliyyə çətinliyi ilə üzləşirsə, "İnter"də ötən mövsümdən vəziyyət belə idi. Amma mən orada qalmışdım.

- Hansı variantlar var?

- Türkiyə ilə yanaşı, başqa ölkədən də təklif almışam. Amma hələlik, bu barədə danışmaq istəmirəm.

- Kamran Ağayevin sizin keçmiş klubunuza transferini necə qarşıladınız?

- Normal. O, yaxşı əllərə düşüb. Qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyevlə çalışmaq Kamrana rahat olacaq.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30