20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Təbriz Həsənov: “Sankt-Peterburqa maksimum nəticə üçün gəlmişik”

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.

- Millimiz dünəndən Sankt-Peterburqdadır və burada 2 məşqə çıxıb. Sabah Latviyaya qarşı keçiriləcək oyundan öncə komandada son durum nə yerdədi?

- 2 gündür məşq edirik. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Turnirdə yaxşı çıxış etmək istəyirik. Məqsədimiz sabahkı oyunda uğur qazanmaqdı. Bunun üçün futbolçular əllərindən gələni edəcəklər.

- Latviya millisi haqda hansı məlumatlara sahibsiz?

- Latviya futbolu haqda ümumi məlumatımız var. Bilirik ki, atletik futbola üstünlük verirlər. Uzun ötürmələrdən daha çox yararlanırlar. Hava toplarında yaxşı təsir bağışlayırlar. Amma sırf sabah qarşılaşacağımız rəqib haqda geniş məlumatım yoxdu. Bununla belə, bildiklərimizə uyğun taktika qurub, lazımi nəticəni qazanmağa çalışacağıq.

- Yer aldığımız qrupu necə dəyərləndirirsiz?

- Yer aldığımız qrup güclüdü. Bolqarıstan da, Sloveniya yığması da çox ciddi rəqibdi. Bu gün Slovakiya - Yaponiya oyununa baxdıq. Slovakiya və Sloveniyanın oyun tərzi çox yaxındır. Deyə bilərəm ki, bizim yer aldığımız qrup digərlərindən zəif deyil, əksinə güclüdür.

- Qrup oyunlarında hansı nəticəyə ümid edirsiz?

- Bura maksimum nəticə üçün gəlmişik. Oyularımızın necə alınacağını zaman göstərək. Hər oyunda qələbə qazanmaq istəyirik.

- Bilirik ki, digər komandalarla müqayisədə millimizin üzvləri 1 yaş kiçikdirlər. Bu məqam komandamızın çıxışına nə dərəcədə təsir göstərəcək?

- Yaş söhbətinə fikir vermirəm. Futbolçularla söhbətimiz zamanı da bu barədə heç nə danışmırıq. Hətta uduzsaq belə, yaş amilini qabartmayacağam.

- Sizin üçün bu turnirdə hansı daha vacibdi: nəticə qazanmaq, yoxsa futbolçuların təcrübə toplaması?

- Nə təcrübə qazanmaq, nə də nəticə mənim üçün birinci sırada dayanmır. Bizim üçün yarışın özü vacibdi. Bu, komandamızın Avropa çempionatı öncəsi son imtahanıdı. Maya qədər olan müddətdə yalnız hazırlıq keçib, 1-2 yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Əsas odur ki, bu turnirdə çatışmayan cəhətlərimizi görək. Bilək ki, komandamız hansı taktiki gedişlər üzərində daha çox çalışmalıdı. Güclü rəqiblərə qarşı oynayacağıq.

- 2 gün ərzində baş tutan məşqlərdə futbolçularınız çox istəkli görünürlər. Üstəlik, komandada nizam-intizamın da yüksək səviyyədə olduğu dərhal sezilir. Komandadakı bu motivasiyanı, nizam-intizamı nəyin hesabına formalaşdırmısız?

- Futbolçularla dost kimi davranmışıq. Həmişə demişəm ki, nə varsa, hər zaman mənə həqiqəti deyin, dürüst olun. Düşünürəm ki, bundan sonra da komandada hər şey qaydasında olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30