28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz”in yüksək liqaya qayıdışı bizim üçün bayram oldu”

Bu gün “Kəpəz” PFK-nın əsas komandasının məşqçisi Füzuli Allahverdiyevin doğum günüdür. Futbolxeber.az-ın məlumatına görə, vaxtilə futbolçu kimi də Gəncə klubunun şərəfini qorumuş Allahverdiyevin 53 yaşı tamam olur. Bu münasibət ilə kapazpfc.az saytı ondan müsahibə alıb.

- Füzuli müəllim, sizi təbrik edirik...

- Sağ olun, onu deyim ki, bir qayda olaraq bizim evdə eyni vaxtda üç bayramın sevinci yaşanır. Çünki həm Həmrəylik Günü, həm Yeni il, həm də ad günüm qeyd olunur (gülür). Hər ilin bu vaxtı bizdə bayram üçqat qeyd edilir. Əvvəllər Həmrəylik Günü yox idi, ona görə sevincimiz iki qat idi, amma indi evimizdə üç qat bayramdır. Ümumiyyətlə, Allahverdiyevlər üçün yanvar ayı xüsusi aydır. İki qardaşım və öz övladım da yanvarda doğulub. Biz yanvara ad günləri ayı kimi baxırıq.

- Doğum gününüz elə bir vaxta düşüb ki, istər-istəməz təmtəraqla qeyd etməlisiz...

- Düzdü, bayramlar üst-üstə düşdüyündən təmtəraqlı alınır. Mən ad günümü təmtəraqlı şəkildə qeyd etməyi xoşlamıram. Amma istənilən halda belə alınır. Bayrama görə evə gələn gedən olur. Qohumlar, yaxınlar bilirlər deyə bizə gəlirlər. Hamı üçün unudulmaz gündür. Hərdən zarafatla deyirəm ki, mənim ad günümü bütün dünya qeyd edir. Onu da əlavə edim ki, heç 50 illik yubileyimi də geniş əhatədə qeyd etmədim.

- İstərdim ki, komandanın çıxışı haqda danışaq...

- “Kəpəz”in yüksək liqaya qayıdışı bizim üçün elə bayram oldu. Bu, bütün futbolsevərlərin arzusu idi. Dönüşümüz də deyərdim ki, yaxşı alındı. Debüt ili üçün pis nəticə deyil. Çünki bir aya yığılmış komandadır.Şahin Diniyev yaxşı kollektiv formalaşdırıb, əsas odur ki mehribançılıq var. Uşaqlara da bəzən deyirəm ki, istər oynadığım, istərsə də işlədiyim dövrlərdə belə kollektiv görməmişəm. Futbolçular, məşqçilər və rəhbərlik bir-bir ilə çox mehribandır. Bunun nəticəsidir ki, komanda yaxşı çıxış edir. Bütün fikri də Avropa Liqasına vəsiqə qazanmağa yönəltmişik. Az öncə klubun həkimi zəng edib ki, təbriklərini və arzularını çatdırdı. Ona dedim ki, bütün istəyimiz komandanın qitəmiqyaslı turnirdə oynamasıdır. Əsas arzumuz budur.

- Füzuli müəllim, oynamaq daha asan idi, yoxsa işləmək?

- Futbolçu olmaq daha asandır. Oynayanda adam çox şeyi hiss etmir. Fikirləşirsən ki, meydançadayam, komandam uduzanda qol vurub və ya ötürmə edib, məğlubiyyətdən xilas edə bilərəm. Amma kənarda məşqçi kimi olanda düşünürsən ki, görən oyunçu bunu edə biləcək? Məşqçinin məsuliyyəti də futbolçudan çox olur. Çünki nəticəyə məşqçi cavabdehdir.

- Heç düşünmüsüz ki, kaş indi futbolçu olardım və komandaya kömək edərdim?

- Hərdən belə xəyala dalıram. Biz oynadığımız vaxtlarda şərait belə deyildi. Bu cür meydançalar yox idi, amma indi daha yaxşıdır. Təşkilati işlərlə bağlı müəyyən çatışmazlıqlar vardı. Hazırda belə şeylər yoxdur. Hər şey qaydasındadır. Oynamağa da qalanda, təbii ki, meydanda olmaq istəyərdim . İndi futbolçu olsaydım, mənim üçün çox maraqlı olardı. Oynayıb “Kəpəz”ə dəstək vermək istərdim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31