20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Milli komandamız Sankt-Peterburqa yollanır

Yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan millisi vətəni tərk edir. Futbolxeber.az-ın məlumatına görə, millimiz səhər saatlarında Rusiyaya yollanacaq. Komanda üzvləri 06:00-da Moskvaya, oradan isə Sankt-Peterburqa üz tutacaqlar.

Qeyd edək ki, 14 komandanın yarışacağı turnirdə Azərbaycan millisi ilk oyununu yanvarın 4-də keçirəcək. Həmin gün Bakı vaxtı ilə 15:15-də Azərbaycan yığması Latviya ilə üz-üzə gələcək.

6 yanvarda 17:30-da millimiz Bolqarıstanı sınağa çəkəcək. Qrupdakı son oyununda isə Təbriz Həsənovun yetirmələri Sloveniya ilə üz-üzə gələcək. Yanvarın 8-də keçiriləcək sözügedən qarşılaşma 20:00-da start götürəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30