20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Zirə” Rumıniya klubu ilə qarşılaşacaq

Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək “Zirə”nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Antalyanın Side bölgəsində yerləşən “The Sense Deluxe” otelində məskunlaşacaq “qartallar” yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun saat 15-00-da başlayacaq.

Qeyd edək ki, Rumıniya çempionatının güclülər dəstəsində çıxış edən “Tırqu-Mureş” hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın “Sent-Etyen” klubuna məğlub olan “Tırqu-Mureş” mübarizəni dayandırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30