25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

6 qələbə, 2 heç-heçə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda 8 oyun keçirib. Futbolxeber.az-ın məlumatına görə, bu qarşılaşmalarda 6 qələbə qazanan “Qəbələ”nin təmsilçiləri 2 görüşdə heç-heçəylə kifayətlənib.

U-17 səfərdə “Sumqayıt”la qarşılaşıb. Məhsuldar heç-heçəyə (2:2) nail olan komanda 1 xal əldə edib. 12 turdan sonra 31 xalla yarışın vahid lideri olan “Qəbələ” I dövrənin son matçında “İnter”i qəbul edəcək.

Cari mövsümdə xal itirməyən U-16 ardıcıl 12-ci qələbəsini qazanıb. Komanda səfərdə “Xəzər Lənkəran”ı məğlub edib – 2:1. 12 matçda 36 xal toplayan “Qəbələ” çempionatın vahid lideridir. Komanda 2015-ci ilin son oyununda “Sumqayıt”ı sınağa çəkəcək. U-15 ardıcıl qələbələrinin sayını 18-ə çatdırıb. “Qırmızı-qaralar” II dövrəyə “Turan” İB üzərində ev qalibiyyəti ilə başlayıb - 5:0. 54 xalla yarışın lideri olan “Qəbələ” 2015-ci ilin son matçında “Ağsu”nun qonağı olacaq.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Xəzri” İK üzərində 7:1 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar” 12 oyundan sonra 29 xal toplayaraq, qış fasiləsinə 2-ci pillədə yollanıb. U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında X turun oyunları keçirilib. Oğuz UGİM-i ilə qarşılaşan U-12 10:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 9 oyunda 25 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Komanda ili “Daşqın”la qarşılaşma ilə tamamlayacaq. U-11 Liqasında 9-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Mingəçevir UGİM-ini 13 cavabsız qolla keçib. Komanda 27 xalla çempionatının lideridir. U-10 komandası Mingəçevir UGİM-ini 12:2 hesabı ilə məğlub edib. 10 matçda 30 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” 9-cu oyununda “Vətən”lə sülh bağlayıb - 2:2. Hesabında 11 xal olan 9 turdan sonra 4-cü pillədə qərarlaşıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30