19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Elnur Məmmədov: “İstanbulda 5 məşqçi ilə görüşmüşdük”

“Klub rəhbərliyi bizə legioner məşqçi tapmağı tapşırmışdı. Biz də bu yöndə əlimizdən gələni etdik Vəli Qasımovla birlikdə İstanbulda 2 gün ərzində 5 məşqçi ilə görüşdük. Lakin onların adlarını açıqlaya bilmərəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov deyib.

Klub rəsmisi Əsgər Abdullayevin baş məşqçi postunda saxlanılmasının səbəbini belə izah edib: “Görüşdüyümüz məşqçilərin hər birinə də bildirmişdik ki, biz yerli futbolçuların inkişaf etdirilməsini istəyirik. Müşahidə Şurasına dünənki iclasında da Əsgər Abdullayevin geridə qalan müddətdəki fəaliyyəti barədə fikir mübadiləsi aparıldı. O, komandanı çətin bir dönəmdə götürmüşdü. Onun hesabatı dinlənildi, göstərdiyi nəticələr təhlil olundu. Yekunda da qərara gəldik ki, yolumuza elə Əsgər Abdullayevlə davam edək”.

“Əsgər Abdullayevla bağlı qəbul olunan qərarda devalovasiyanın nə dərəcədə rolu oldu? Çünki komandaya əcnəbi məşqçi gəlsəydi, bu, əlavə xərc olacaqdı” sualını Məmmədov belə cavablandırıb: “Dünənki iclasda da bu barədə danışdıq. Yeni məşqçi gətirsəydik, onun köməkçiləri, əlavə istəkləri olacaqdı. Bütün bunlar da xərcdir. Devalvasiya olan gündən büdcəmizi müzakirə edirik. Bununla bağlı dünənki iclasda da söhbətimiz oldu. Elə bugunkü yığıncaqdan sonra da bir sıra görüşlərimiz nəzərdə tutulub ki, bu problemi necə optimallaşdıraq. Hansısa futbolçunun bu səbəbdən komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı hələlik heç nə deyə bilməyəcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30