15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

Kaxaber Tsxadadze Fatih Terimin komandasına qarşı

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində əfsanəvi gürcü futbolçusu Kaxa Kaladzenin vida oyunu keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, həmin matçda Kaxa Kaladzenin dostlarından ibarət komanda “Milan”nın əfsanəvi futbolçularına qarşı oynayacaq.

Qeyd edək ki, bu oyunda K.Kaladzenin dostları komandasında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze də meydançaya çıxacaq.

Əlavə edək ki, K.Kaladzenin dostları komandası Kiyevin “Dinamo” və İtaliyanın “Cenoa” klubunun keçmiş futbolçularından, eyni zamanda milli komanda yoldaşlarından və digər klublarda çıxış etmiş oyunçulardan ibarət olacaq.

“Milan”ın ulduzları komandasında  Sebastyan Rossi, Zvonimir Boban, Serjinyo, Ruy Koşta, Federiko Cunti, Massimo Ambrozini, İbrahim Ba, Matye Flamini, Andrey Şevçenko, Filippo İndzaqi, Kristian Vieri, Alberto Cilardino meydançaya çıxacaqlar. Komandaya isə "Qalatasaray"ın çalışdırıcısı Fatih Terim başçılıq edəcək. 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31