20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA İntizam Komitəsindən ikili yanaşma: “Daşın nə fərqi var ki?”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın XVIII turunun “Kəpəz” - “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahiblərinin bir qrup azarkeşi tərəfindən qonaq fanatların daşlanması səbəbindən Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə olunub.

Bu xəbəri daha əvvəl də oxucularımıza çatdırmışıq. Kimsə düşünə bilər ki, bunda qeyri-adi nə var? Məsələ AFFA İntizam Komitəsinin hadisələrə ikili yanaşmasıdır. Xatırlamayanlara xatırladaq ki, Premyer Liqanın ilk turunda, “Bakcell Arena”da baş tutan “Neftçi” - “Kəpəz” matçından sonra da buna bənzər insident yaşanmışdı. Həmin vaxt “Neftçi” azarkeşləri qonaqların avtobusunu daşa basmışdılar. Nəticədə də “Kəpəz”in avtobusunun şüşələri sındırılmışdı. Bu hadisənin canlı şahidləri arasında PFL prezidenti Ramin Musayev də var idi. Hadisə ilə bağlı PFL rəhbəri Futbolxeber.az saytına müsahibəsində bnunları demişdi: “Azarkeş davası olmasa, futbolun ləzzəti olmaz. Bu, bütün  dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdilər. “Kəpəz”in avtobusunun şüşəsinin sındırılmasına görə “Neftçi”nin cəzalanması məsələsini aydınlaşdıracağıq. Bəlkə bunu heç “Neftçi” azarkeşləri etməyib?”

Yekunda məlum oldu ki, avtobusun şüşələri “Neftçi” azarkeşləri tərəfindən daşlanıb. Əgər belə olmasaydı, “ağ-qaralar” qarşı tərəfə dəyən ziyanı ödəməzdi. Amma həmin vaxt AFFA İntizam Komitəsi “Neftçi”ni cəzalandırmamışdı. Belə ki, matçdan 3 gün sonra keçirilən İntizam Komitəsinin iclasında  sözügedən oyunun 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki tərəf 1000 manat cərimə olunmuşdu.

Göründüyü kimi, AFFA İntizam Komitəsi məsələyə fərqli yanaşır. Daşın nə fərqi var ki? “Neftçi” azarkeşləri də daşlayıblar, “Kəpəz” fanatları da. Fərq ondadır ki, bir tərəf avtobusu, digər tərəf azarkeşləri nişan alıb. İstənilən halda atılan daşdır və Bakıdakı daşla Gəncədəki daşın arasında elə bir fərq yoxdu. Hər iki hadisədə meydan sahibi olan tərəf asayişi və təhlükəsizliyi tam təmin etməyib...

Futbolxeber.az




Ad: Alekperov Mehdi;   E-mail: [email protected]

22.12.2015 20:23

Haksizliqdi...Kepezi istemirler.Paxilliqlarindan bele edirler ki klub yeniden muflisleshsin ve dagilsin.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30