19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Gəncədə gərginlik və “Şahin, Şahin” şüarları

Hazırda Premyer Liqanın XVIII turu çərçivəsində keçirilən “Kəpəz” - “Neftçi” oyununda gərgin anlar yaşanıb. Futbolxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, epizodların birində top “Neftçi”nin futbolçusundan çıxsa da, yan xətt hakimi Mehman Mahmudov autu “Kəpəz”ın əleyhinə verib. Bu isə gəncəlilərin baş məşqçisi Şahin Diniyevin narazılığına səbəb olub.

Az sonra isə “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos əvvəlki epizoda görə aqressiv şəkildə “Kəpəz”in çalışdırıcısına etiraz edib və nəticədə meydanda tərəflər arasında gərginlik yaşanıb. Baş hakim Ömər Paşayev Erik Ramosu sarı vərəqə ilə cəzalandırıb. Ramosu yanına çağıran Şahin Diniyev böyüklük göstərərək, paraqvaylı futbolçunu qucaqlayıb. Nəticədə ara sakitləşib.

Qeyd edək ki, Ramosun hərəkətindən sonra gəncəli azarkeşlər Diniyevə dəstəklərini nümayiş etdirərək, bir ağızdan “Şahin, Şahin” şüarlarını səsləndiriblər.

Əlavə edək ki, ilk yarısı sona çatmaqda olan oyunda “Kəpəz” 1:0 hesabı ilə öndədir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30