17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“10-15 il öncə bu mükafat verilsəydi, mənim üçün təəccüblü olmazdı”

"Sözün düzü, bu mükafatı almağım mənim üçün sürpriz oldu. Çünki bu il mən jurnalistikada, yaradıcılıq sahəsində qeyri-adi bir fəallıq göstərməmişdim. Yalnız Avropa Oyunları zamanı ikiqat enerji ilə işləyirdik. Həmin vaxt da özümü xüsusi fərqləndirmək istəməzdim. Təkcə mən yox, bütün idman mediası Avropa Oyunlarında böyük əzimlə çalışdı. Mənə səs verən həmkarlarıma təşəkkür edirəm”. Futbolxeber.az-ın məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğuda “İlin ən yaxşı jurnalisti” adına layiq görülən ATV kanalının məkdaşı İlkin Fikrətoğlu qol.az-a açıqlamasında deyib.

Fikrətoğlu seçimi təəccüblə qarşıladığını vurğulayıb: “10-15 il öncə bu mükafat verilsəydi, mənim üçün təəccüblü olmazdı. Çünki həmin vaxt jurnalistika ilə daha aktiv məşğul olurdum. O, illərdə qismət olmayıb, görünür ki, həmkarlarım mənə jest olaraq bu seçimi ediblər. Mənim üçün tövsiyə vermək hələ tezdir. Bir yerdə ki, Məzahir Süleymanzadə kimi usta qələm sahibindən mükafat alıram, gənclərə tövsiyə verməyim düzgün olmaz. Onu deyə bilərəm ki, idman jurnalistləri arasında həqiqətən də istedadlı yazar çoxdur. Həyat özü insana nələrisə öyrədir. Onlar da öyrənə-öyrənə müəyyən zirvəyə çatacaqlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30