25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimizin Sankt-Peterburqdakı oyunlarının təqvimi məlum oldu

2016-cı il yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, millimiz ilk oyununu turnirin ikinci günündə, yanvarın 4-də keçirəcək. Yığmamız yerli vaxtla 14:15-də Litvanı sınağa çəkəcək.

Yanvarı 6-da millimiz Bolqarıstanla üz-üzə gələcək. Bu görüşün başlama vaxtı 16:30-dur. Qrupdakı son oyununda isə futbolçularımız Sloveniya ilə üz-üzə gələcək. Həmin oyun yanvarın 8-də keçiriləcək və yerli vaxtla 19:00-da start götürəcək.

Turnidə qrup oyunlarına yanvarın 9-da yekun vurulacaq. Yanvarın 11-12-də isə həlledici oyunlar baş tutacaq. Budəfəki turnirin təqvimi bir qədər fərqlidir. Belə ki, millimiz yalnız qrup qalibi olacağı halda, birbaşa yarımfinala vəsiqə qazanacaq. Qrupda digər yerləri (2, 3, 4) tutacağı təqdirdə isə millimizin neçənci yer uğrunda mübarizə aparacağı digər qrupların nəticəsindən asılı olacaq.

Qeyd edək ki, turninə yanvarın 3-də, Estoniya - Moldova matçı ilə start veriləcək.

Turnirin bütün oyunları “Peterburqski” İdman-Konsert Kompleksində keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30