23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Tərlan Əhmədov: “Həmin sözü onlara yedizdirdim”

“Oyuna ciddi itkilərlə çıxmışdıq. Buna baxmayaraq, futbolçularımın hamısına təşəkkür edirəm ki, yüksək səviyyəli oyun nümayiş etdirdilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov oyundan sonra onunla görüşməyən rəqib çalışdırıcı Əsgər Abdullayevin hərəkətinə belə münasibət bildirib: “Mən Şüvəlana gələn məşqçilərin hamısı ilə görüşmüşəm. Əsgər Abdullayevin hərəkətindən zərrə qədər incimirəm”.

AZAL-ın çalışdırıcısı “Neftçi” ilə oyunun onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Neftçi”yə qarşı xüsusi prinsipim var idi. Bu, prinsip mənə aid idi, komandama yox. "Neftçi"ni udandan sonra kimlərsə çıxıb deyirsə ki, AZAL küçə komandasıdı, bunun cavabı olmalıdı. Bu gün də həmin sözü onlara yedizdirdim. Söhbət Ruslan Qurbanovdan getmir. Mən AZAL-da çalışıramsa, bu komandaya ünvanlanan təhqir mənə də aiddi. Həmin sözü deyən adamların cavabını meydanda verdik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30