17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib

Dələduzluqda ittiham olunan Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə M. Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M. Əhmədov Bakı İstintaq Təcridxanasına göndərilib.

Qeyd edək ki, M. Əhmədov dələduzluqda ittiham olunur. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən M. Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, M. Əhmədov pulu ödəməyib.

Bu il dekabrın 14-də isə Binəqədi polisinə M. Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M. Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. M. Əhmədov həmçinin Y. Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.

M. Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30