29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Maşallah Əhmədovun oğlu danışdı: “Atamı şərləyiblər, qardaş”

“Atamın saxlanılması ilə bağlı proseslərdən xəbərim var. Hər şey heç də yazıldığı kimi deyil”. Futbolxeber.az-ın məlumatına görə, nunu apasport.az-a açıqlamasında veteran futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov deyib.

Azərbaycanın tanınmış futbolçularından olan Maşallah Əhmədov Binəqədi polisi tərəfindən saxlanılıb. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, Əhmədov pulu ödəməyib.

Bu il dekabrın 14-də isə Binəqədi polisinə onunla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Əhmədov həmçinin Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.

Məsələ ilə bağlı qısa danışan veteran futbolçunun oğlu Tərlan Əhmədov isə ittihamları qəbul etmir. O bildirib ki, atası ilə bağlı iddialar əsassızdı: “Atamı şərləyiblər, qardaş. İstintaqın gedişini gözləyirik. Hazırda başım bu işlərə qarışıb. İstintaq başa çatdıqdan sonra daha ətraflı danışmaq olar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31