23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Berti Foqts: "Bu dəfə daha çox xal toplamağımız realdır

 

Milli komandamızın baş məşqçisi Berti Foqts "Luxemburger Wort" qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Bu seçmə mərhələdə Azərbaycan millisinin qarşısına hansı vəzifələr qoyulub?

- Bizim komanda gəncdir. Bir çox yaşlı futbolçu ilə yolları ayırmışıq.  İstəyimiz 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılmaqdır. Həmin yarışda ilk dəfə olaraq 24 komanda iştirak edəcək. Azərbaycan millisinin “Avro-2016”yə getmək şansı var. Cari seçmə mərhələdə biz evdə yalnız İsraillə oynamışıq. Həmin görüşdə çox yaxşı da çıxış etdik. Hesab edirəm ki, evdə bir neçə oyun keçirəcəyimizi nəzərə alsaq, bu dəfə daha çox xal toplamağımız realdır.

- Bəs, seçmə mərhələdə keçirdiyiniz digər oyunlarla bağlı nə deyərdiniz?

- Biz güclü Rusiya millisinə 86-cı dəqiqədə buraxdığımız qola görə uduzduq. Qapımıza penalti təyin edilməsəydi, bu baş verməyəcəkdi. Rusiya ilə oyun Azərbaycan üçün prinsipialdır. Çünki ruslar yüz ildən çox Azərbaycanı işğal və təzyiq altında saxlayıb. 
Şimali İrlandiyaya gəlincə, həmin komandayla görüşdə hesabda irəlidə olsaq da, 96-cı dəqiqədə qol buraxdıq. Hazırda bizim iki xalımız var. Amma daha çox olmalıydı.

- Növbəti rəqibiniz isə zəif Lüksemburq millisidir.

- Dayanın! Biz Lüksemburqu başqa cür qiymətləndiririk. Lüksemburq və Azərbaycan milli komandaları bərabər səviyyədədirlər. Şanslar 50/50-dir.

- Siz Lüksemburq futboluna yaxşı bələdsiniz?

- Mənim Almaniyada yaşadığım şəhər Lüksemburdan çox da uzaqda deyil. Lüksemburqun Maltaya qarşı oyununu izləmişəm. Futbolçularını tanıyıram. Bundan başqa, mənim klubum olan Münhenqladbax “Borussiya”sı Lüksemburqun bir neçə gənc oyunçusu ilə maraqlanırdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30