20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Yaşar Seyidov: “Kim çətinliyə dözməyəcəksə, onu zorla komandada saxlamayacağıq”

“Komandada Yaşar Vahabzadə, Nazim Əliyev, Aydın Ələkbərov, Vəli Hüseynov kimi təcrübəli, xarakterli futbolçular olsaydı...”

Son vaxtlar hamı “Bakı”dan danışır. Komandanın durumu, ardıcıl uğursuzluqlar futbol ictimaiyyəti arasında birmənalı qarşılanmır. Üstəlik sonuncu, “Bakılı” ilə görüşdə komanda oyun alqı-satqısında ittiham edilir ki, bu da birbaşa klubun imicinə zərbədi. Düzdü, maliyyə problemləri var, futbolçular da bunu etiraf etməkdən çəkinmirlər. Prezident Hafiz Məmmədovun bu mənada diqqət ayıra bilməməsi nəticələrə də təsir edib. Bu üzdən neçə vaxtdı “zolaqlılar” qələbə üzünə həsrətdi. Təbii ki, bütün baş verənlərə klub rəhbərliyi səviyyəsində fikir öyrənmək lazım idi. Bu üzdən  icraçı-direktor Yaşar Seyidovla danışmağı lazım bildik: “İlk növbədə “Bakı”nın belə çirkin oyunlarda adının hallanmasına etiraz edirəm. “Bakı” yarandığı gündən heç vaxt bu oyunlarda iştirak etməyib, edə də bilməz. “Bakılı” ilə oyuna gəlincə, mən də sizinlə razıyam, futbolçular meydançada motivasiyasız idilər. Oyuna köklənmə çox aşağı səviyyədə idi. Birinci hissə başa çatandan sonra onlarla ciddi söhbət olundu. Fikir verdizsə “Bakı” ikinci hissədə tam fərqli oynadı. Bu bir daha göstərdi ki, futbolçular motivasiyasız olanda istədiklərini edə bilmir. Bunlar hamısı xarakterlərinin formalaşmamasından irəli gəlir. Gəncdilər, təcrübəsizdilər. Komandada məsələn, Yaşar Vahabzadə, Nazim Əliyev, Aydın Ələkbərov, Vəli Hüseynov kimi təcrübəli, xarakterli futbolçular olsaydı... Görürsüz, “Dinamo” o vaxt Azərbaycan futboluna Fərrux İsmayılovu, Ceyhun Sultanovu, Emin Quliyevi və bir çox futbolçuları bəxş etdi. Bu gün təəssüflər olsun ki, həmin tendensiya yoxdu. Ona görə də bizim futbolçular xarakter formalaşdıra bilməyiblər ki, bunun da nəticəsini görürsüz. Qeyri-sabit oynayırlar. Məsələn “Qaradağ Lökbatan”ı məğlub edirlər, ondan zəif rəqibə isə uduzurlar. Problemlərə gəlincə, heç kimə sirr deyil, bu gün Azərbaycan futbolunda maliyyə ilə bağlı demək olar bütün klublar, o cümlədən də “Bakı” sıxıntı içərisindədi. İndi “hər şey yaxşıdı, belədi, elədi” deməklə deyil. Həmişə demişəm, indi də deyirəm. Neyləməliyik? Maliyyə problemlərimiz var deyə, illərimizi verdiyimiz klubu atmalıyıq? Çətinlik hər yerdə var. Atası-anası kasıblayanda uşaq öz valideynindən imtina etmir ki. Klubda vəziyyət ağırdısa, futbolçular illərdi yetişdiyi klubdan imtina etməməlidilər. Əksinə, onlar daha da birlik, əzmkarlıq sevgi göstərməlidilər. Bu olmayanda insanın ürəyi ağrıyır...”

“Futbolçular artıq “Bakı”da sirr qoymayıblar”

Klub rəsmisi “Bakı”nın gələcəyi ilə bağlı qəti söz deməyib: “Qəti söz demək mümkün deyil. Bu o demək deyil ki, sevdiyimiz peşədən ayrılmalıyıq. Futbolçulara tövsiyəm odu ki, pulun olmaması, digər məsələlər, bəhanədi. İş ondadı ki, əvvəlcə onlarda kişi kimi xarakter formalaşmalı və yetişməlidi. Sözsüz pul da olmalıdı. Vaxtilə Ceyhuna, Fərruxa deyirdik ki, layiqli qiymətinizi alacaqsız. Buna inanmırdılar. Amma doğurdan da vaxt gəldi, həmin uşaqlar parladı. Özünüz də gördüz 2003-cü ildən başlayaraq ən azı 10 il müddətində Azərbaycanda futbol böyük bir şey oldu. Çox təəssüf ki, bundan istifadə edə bilmədik. Böyük pullar gəldi və getdi. Indi əlimizə belə imkan düşsə, əvvəlki səhvləri buraxmamalı olduğumuzu fikirləşməliyik. Daha düzgün, real və optimist şəkildə işimizi qurmlıyıq ki, çətinlik olanda bunu hiss etməyək. Futbolçular artıq “Bakı”da sirr qoymayıblar. Gedirlər jurnalistlərlə danışırlar. Ona görə deyirəm ki, bunlarda xarakter formalaşmayıb. Niyə Fərrux, Kamal Quliyev, Ceyhun kimi futbolçular indi də yetişmir? Çünki xarakterləri olmur. Elə bilirsiz ki, bizim çempionatda Avropada oynaya biləcək futbolçu yoxdu?Tam səmimi deyirəm, ölkəmizdə kifayət qədər belə futbolçular var. Sadəcə, evdən, ailədən, atadan-anadan kənarda oynamaq istəmirlər. Bu gün onlar daha çox evin içində olub oynamağı üstün tuturlar. Bundan başqa futbolçularda psixoloji problemlər də var, hələ çox işləməliyik. Maliyyənin olmaması ilə əlaqədar doğma klubumuzdan imtina edə bilmərik axı.

Sizə bir şey də deyim. Heyətdəki futbolçulardan demək olar 15-i “Bakı”nın akademiyasının yetirməsidi. Diqqət yetirsəniz, meydana çıxan futbolçuların 19 yaşı var. Bu heyətdən 6-7 nəfəri bu gün də akademiyada qalır və qidalanırlar. Yaşlı futbolçuları başa düşərəm, ailələri, uşaqları var. Amma akademiyada qalan futbolçuların psixoloji problemi olmamalıdı axı. İş ondadı ki, bu futbolçuların hamısına təsir edib. Amma bütün çətinliklərə rəğmən irəli baxmaq lazımdı, “Bakı”nın çempionatda oynaması üçün hər kəs sona kimi mübarizə aparmalıdı. Geri çəkilə bilmərik, başqa yolumuz yoxdu”.

“Kapitan heç vaxt belə müsahibə verməməlidi”

Komandanın kapitanı Elşad Manafov da “Futbol+” qəzetinə müsahibəsində narazılığını açıq şəkildə söyləyib. Yaşar bəy onun dediklərinə də cavab verməyi unutmayıb: “Açığı bu cür müsahibə verməsini ona yaraşdırmadım. Kapitan heç vaxt belə müsahibə verməməlidi. O gəncdi, karyerası qabaqdadı. Onu ittiham etmək istəmirəm. Çünki kapitan komandanın rəhbərliyində təmsil olunan şəxsdi. Əvvəla ona yazılmış yazı hər hansı jurnalistin subyektiv baxışıdı. O yazıya görə klubu, rəhbərliyi, məşqçiləri ittiham etmək kapitana yaraşmaz. Sadəcə biz ona şans verdik ki, karyerasını istənilən klubda davam etdirsin. Amma heç kəsə ixtiyar verilmir ki, klub rəhbərliyi haqda bu cür müsahibə versin. İndi anladım ki, onu kapitan təyin etməkdə səhvə yol vermişik. Hər ailənin problemi ola bilər. Bunu mətbuatla, publika ilə müzakirə etmək ona yaraşan iş deyil. Bunu onun gəncliyi ilə əlaqələndirirəm. Amma arzulayıram ki, gedəcəyi komandada belə müsahibə verməsin. Bunlarla yanaşı, o həqiqəti demir. Komanda ilə söhbət etmişik, Hafiz müəllimin arxasında durmaq lazım olduğunu demişik. Çünki Hafiz müəllim Azərbaycan futbolu üçün sadalamaqla qurtarmayan, o cümlədən akademiyada yetişən uşaqlar üçün işlər görüb. Bir şeyi də qeyd edim. Elşada mən sual ünvanlamışam ki, “sabah “Bakılı” ilə oyunda meydana çıxa bilərsən?” O da şəxsən “Bakılı” ilə oyunda meydana çıxa bilməyəcəyini deyib. Yəni heç kim ona oynamamağı təklif etməyib. Oynamamasını səbəbi özünün verdiyi qərar əsasında olub. Gəncdi, bərkə-boşa düşməyib, çətinliklərdən tez “sınandı”. Ona görə də kapitan kimi mətbuatla danışmamalı idi. Ciddi iradlarım yoxdu. Çünki karyerası irəlidədi, ona uğurlar arzulayıram. Başqa bir prizmadan yanaşaq. “Bakı”da vəziyyət son bir il yarım ərzində pisləşib. 9 il İspaniyada, Fransada təlim-məşq toplanışları keçən, dünyanın 7-ci komandası “Atletiko” ilə oynayan... Bütün bunların nəticəsidi ki, “Bakı”nın 30-a yaxın yetriməsi yığmalarımızda çıxış edir. Elə sizin qəzetinizdə də bununla bağlı yazı dərc olunmuşdu. Görün Azərbaycana nə qədər futbolçu bəxş etmişik. Bunları da deyim, futbolçuların akademiyada qalması, qidalanması ilə yanaşı onları universitet məsələsini də həll etmişik. Hələ əsgərlik məsələlərini demirəm. “Bakı”da olan bütün futbolçuların sözügedən problemlərini yoluna qoymuşuq. Çalışmışıq ki, həm yaxşı xidmət etsinlər, həm də futbol oynasınlar. Sağlamlıqdan qalmasınlar. Nə oldu? Bunların hamısını edən “Bakı” deyildimi? Bunların kişiləşmə dövrüdü. Çətinlikdən qorxmamalıdılar. Bu vəziyyətdə kim “Bakı”da qalacaqsa, komandanın yaşamasını istəyəcəksə onlarla yolumuzu davam etdirəcəyik. Kim istəmirsə xahiş edirəm, mətbuata lazım olmayan fikirlər söyləməsinlər. Elşadın belə danışmasının səbəbi odu ki, ciddi söhbətimiz olub və həqiqətən transfer vərəqini vermişik. Heç bir kluba keçidinə etiraz etmirik. Sənədini alandan sonra belə şeylərə yol verməsini ona rəva bilmirəm. Komandanı toplamışıq, bütün məsələlər deyilib. Uzun müddətdi futboldayam, mənə yaraşmaz ki, çətinlikləri dilə gətirim, yaxud kimisə aldadım. Bu fikirdən uzaq adamam. Çətinlik göz önündədi. Amma o demək deyil ki, doğma klubumuzdan imtina etməliyik. Sadəcə, vəziyyətdən çıxış yolları axtarmalıyıq. Hər gün komandanın yanındayam, futbolçularla da görüşürəm. Gələcəkdə hansı klub onu götürsə, fikirləşəcək ki, bu yaxşı vaxtlarda “Bakı”da oynayıb, pis günlərdə danışan futbolçu mənə lazım deyil. Əslində indiki vaxtda prezidentin yanında olmalıyıq. Məşhur boksçu Tayson deyirdi ki, “pulum azaldıqca dostlarımı tanıyıram”. Yaxşı vaxtlarda bilirsiz nə qədər dostlarım vardı? Bazanın girişindən otağıma qədər ən azı 10-15 adamla qarşılaşırdım. İnandırım sizi, hər gün də ən azı bu qədər insanın məsələsi həll olunurdu. İndi çətin vaxtımızda nəinki axtarırlar, hərdənbir başqa məsələlərə görə zəng edəndə telefonu da götürməyə tərəddüd edirlər. Heç kimdən əskik deyilik, kaş Azərbaycandakı klubların hamısının “Bakı” kimi infrastrukturu, akademiyası olsun...

Suyun gəlməməsi qaz təzyiqinin xəttə olmaması ilə bağlıdı. Yəni qaz xəttində təzyiq olmadığına görə hərdənbir isti su problemi olur. Səbəb sırf bununla bağlıdı. Nə isə, hər kəsə həyatda uğurlar arzulyaıram. Heç kimi qınamaq istəmirəm, hər bir futbolçu balamızdı, gəncdi. Amma fikirləşsinlər ki, gedəcəkləri klub onun keçmişinə diqqət edəcək. Ona görə də diqqətli olmalarını tövsiyə edirəm. Kim çətinliyə dözməyəcəksə onu zorla komandada saxlamayacağıq. Heç kimi ittiham etməyəcəyik. O cümlədən Elşadı. Bundan sonrakı müsahibələrdində diqqətli olsun. Unutmasın ki, sənədini təmənnasız, kompensasiya istəmədən vermişəm. Hamımız çalışıb vəziyyətdən çıxmağa çalışmalıyıq”.

Mənbə: “Futbol+” qəzeti




Ad: Kamran Iskandarov;   E-mail: [email protected]

12.12.2015 15:25

Salam.Men Baki klubunu yetirmesi olaraq deye bilerem ki Baki klubunda vezifesinden asli olmayaraq butun insanlari taniyiram.Yasar muellim cox gozel insandi.o mene Xezer Lenkarana kecmeyime zerre qeder problem yaratmadi.indi ki kimi yadimdadi.Kaw kecmezdim.Baki klubundan mene zerre qeder iwiq ucu olsaydi qayidiwim ucun men seve seve gelerdim.MEN bakilayem ve hemiwe Bakinin ugruna sevinerem.ZEki oca Ibrahim oca hamisi meni cox gozel taniyirdilar.KAw getmezdim kaw ki halbu ki bu kecidden ne menim isteyim ne deki xeberim olmayib/uhurlar sizlere.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30