18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Anderlext"ə daha çətin oldu, nəinki bizə"

 

"Əfsuslar olsun ki, uduzduq. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram. Hər bir futbolçuma "sağ ol" deyirəm. Güclü qrupa düşməyimizə baxmayaraq, oyunçularım rəqiblərdən çəkinməyərək yaxşı nəticə üçün əllərindən gələnin artığını etdilər. Qrup oyunları bizim üçün yaxşı təcrübə oldu. Top komandalara qarşı oynayaraq futbolçularımızda özünəinam daha da çoxaldı. İki düşünmədiyimiz epizoddan qollar buraxdıq. Bu cür komandalar belə fürsətləri əldən vermirlər. Məğlubiyyətə baxmayaraq, komandamın oyunundan razı qaldım. İstirahətə vaxtımız yoxdur. İki gündən sonra çempionat oyununa çıxacağıq. Bu, bizim işimizdir". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"ə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Komanda 5 dəqiqədə iki qol buraxdı. Sizcə, buna nə səbəb oldu? Futbolçularda arxayınçılıq yarandı, yoxsa…?
 
- Futbolda bəzən düşünmədiyin epizodlar olur. Hər iki epizodda rəqib futbolçunun ustalıq səviyyəsi oldu. Okakadan top almaq çox çətin idi. Komandamda arxayınçılıq və ya diqqətsizliyin olduğunu söyləməyim düzgün çıxmaz. Çünki sonadək diqqətli oynamağa çalışdıq. Rəqib kiçik boşluqdan istifadə edərək qollar vurdu. Qismətimiz belə oldu. 

- Ötən mövsüm 7 xal, bu il isə qrupu 4 xalla başa vurdunuz. Müqayisə etsək, hansı mövsüm daha uğurlu çıxış etdiyinizi düşünürsünüz?

- Qrupda 4 xalımız olsa da, növbəti mərhələyə yüksəlmək şansımız var idi. Ötən mövsüm isə 7 xal da bizə kifayət etmədi. Əfsuslar olsun ki, qrupdan çıxmağı bacarmadıq. Gücümüzün çatmadığını və ya bəxtimizin gətirmədiyini söyləməyim doğru olmaz. Rəqiblərimizin Avropa təcrübəsi daha böyükdür. Ən azından rəqiblə başabaş mübarizə apardıq. "Anderlext" 20-30 il öncə bu səviyyədə oynamağa başlayıb. Biz isə hələ indi-indi başlamışıq. Rəqiblərimizin həm büdcəsi, həm də futbolçu seçimləri bizdən çoxdur. Onların ölkə çempionatları da yüksək səviyyədədir. Əgər ölkə çempionatımıza maraq artsa, daha yaxşı nəticələr qazanacağıq və qrupdan da çıxacağıq. 

- Bugünkü oyunda komandada bəzi mövqelərdə səhvlər oldu. Zədəli oyunçulardan kimləri meydanda görmək istəyərdiniz?

- Məncə, bu gün "Anderlext"ə daha çətin oldu, nəinki bizə. Ola bilsin ki, rəqibin və azarkeşlərin təzyiqi oldu. Ancaq futbolçularım bu təzyiqdən rahat çıxdılar. Bəzən səhvlər də olur. Rəqib də səhvlər edir, biz də. Deyə bilmərəm ki, meydanda hansısa futbolçumuz olsaydı, qələbə qazanardıq. Təbii ki, zədəli futbolçular hazırda sərəncamımda olsaydı, daha yaxşı çıxış edərdik. Ancaq hər bir futbolçumun göstərdiyi oyunundan və xarakterindən razıyam. Sadəcə olaraq rəqib imkanlarından maksimum istifadə etdi və qolları vaxtında vurdu. Hakim də "pis" deyildi. Məncə, Armenterosa qarşı cərimə meydançasında qayda pozuntusu var idi. Ancaq referi penalti təyin etmədi.   

- Qış transfer pəncərəsinin açılmasına az qalır. Yeni oyunçu axtarışlarına başlamısınızmı?

- Transfer həmişə etmək istəyirik. Bəzən çətinliklər olur. Düşündüyümüz oyunçunu tapa bilmirik. Qışda transfer həyata keçirmək çətindir. Çünki demək olar ki, futbolçuların hamısının klubu ilə müqaviləsi olur. Bizə klub olaraq sərf edir ki, müqaviləsiz futbolçunu alaq. Daima axtarışdayıq. Hazırda o səviyyədə deyilik ki, milyonlarla pul verib müqaviləsi davam edən futbolçunu alaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30