28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Qrup sonuncusu olmağımıza baxmayaraq, komandamla fəxr edirəm”

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin son turunda evdə "Krasnodar"a uduzduqları oyundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız böyük hesabla məğlub oldu. Oyun haqda nə deyə bilərsiniz?

- Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Gözlənilməz səhvlərdən qollar buraxdıq. Ümumilikdə oyun maraqlı keçdi. Bütün komandaya göstərdiyi əzmkarlığa görə təşəkkür edirəm. Çox sağ olsunlar ki, bir neçə ay bizə Avropa Liqası həyəcanı yaşatdılar. İlk vaxtlar komandamızın qrupa düşəcəyini heç kim gözləmirdi. Qrup sonuncusu olmağımıza baxmayaraq, komandamla fəxr edirəm.

- Qrup mərhələsinin son görüşündə hamı “Qəbələ”dən qələbə gözləyirdi...

- Bu futboldur. Hər  şey ola bilər. Biz də yaxşı nəticə gözləyirdik. Düşünürəm ki, komandamız “Krasnodar”la oyunda əlindən gələn hər şeyi etdi. Bacardığımız budur. Bundan artığını bacarmırıq.

- Sanki “Qəbələ” meydana motivasiyasız çıxmışdı...

- Mən elə düşünmürəm. Qapımıza top vurulana kimi “Qəbələ” yaxşı futbol oynadı. 

- Tale Heydərov oyundan sonra komanda ilə görüşdü. Klub prezidenti futbolçulara nə söylədi?

- Avropa Liqasında yaxşı oyunlarımıza, qrupa düşməyimizə görə təşəkkür etdi və gələcək oyunlarda uğurlar arzuladı. Bundan sonra komandanın bütün diqqətini ölkə çempionatına yönəltməsini tapşırdı.

- Qarşıda qış fasiləsi gəlir. Komandada hansısa dəyişiklik olacaq?

- Bu barədə baş məşçi ilə söhbət etməmişik. Amma olmayacağı da istisna deyil.

- Ümumiyyətlə bu il qazanılan uğurun davam etməsi üçün komandada hansı işlər görüləcək?

- Görüləcək işlər hələ çoxdur. Avropa Liqası bizim üçün böyük bir təcrübə oldu. Futbol  baxımından bütün məsələlərlə məşqçilər korpusu məşğul olacaq. Rəhbərlik olaraq əlimizdən gələni edəcəyi ki, qarşıdakı illərdə daha yaxşı çıxış edək.

- “Qəbələ” cari mövsüm avrokubok matçlarını Bakıda keçirməli oldu. Növbəti mövsüm avrokubok oyunlarını Qəbələdə keçirməyiniz üçün stadionda hansı işlər görülür?

- Stadionla bağlı işlər görülür. Gələn mövsüm Avropada çıxış etsək, seçmə mərhələdə olmasa da, qrup mərhələsinə vəsiqə qazansaq, stadionu hazır etməyə çalışacağıq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31