19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roman Qriqorçuk: “Qol vəziyyətlərindən yararlana bilmədik”

UEFA Avropa Liqasının VI turunun “Qəbələ” – “Krasnodar” (Rusiya) oyunundan (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın ukraynalı mütəxəssisin fikirlərini təqdim edir: “Bizim üçün avrokubok mövsümü başa çatdı. Qrup mərhələsində pis çıxış etmədik. Bu qarşılaşmalarda işləyəcəyimiz materialın nədən ibarət olduğunu gördük. Sıx qrafikdə futbolçularımız çox oynamaq imkanı əldə etdilər. UEFA Avropa Liqasında böyük təcrübə topladıq. Bu da gələcəkdə komandamıza çox kömək olacaq. İndi isə irəli baxmalı və öz üzərimizdə çalışmalıyıq. Komanda şəklində çıxış edirik. Kim hazır olursa, o da meydana çıxır. Başqa cür düşünə də bilmərik. Oyuna yaxşı başlamışdıq, üstünlük bizim tərəfimizdə idi. Qol vəziyyətlərindən yararlana bilmədik. Futbolçularımızı qınamıram. Matçdan sonra onlardan razılığımı bildirdim. Andrey Popoviç səhvdən qol buraxandan sonra fasilədə ona həvəsdən düşməməsini dedim. Qapıçımız da ikinci hissədə xarakter göstərdi. Ümumilikdə, komandadan razı qaldım. Dodo və Aleksey Antonov xəstə olsalar da, çıxıb mübarizə apardılar”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30