25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Banişevskisiz 18 il...

Bu gün Azərbaycan futbolunun sönməz ulduzu Anatoli Banişevskinin haqq dünyasına köçməsindən 18 il ötür. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan futbol tarixində silinməz iz buraxan “Baniş” 23 fevral 1946-cı ildə dünyaya göz açıb. Avropa Çempionatı - 1972-nin vitse-çempionu, dünya çempionatı - 1966-nın bürünc mükafatçısı, SSRİ çempionatı - 1966-nın bürün mükafatçısı, 3 dəfə SSRİ-nin ən yaxşı 33 futbolçusu sırasına daxil olmuş Anatoli Andreyeviç 51 yaşında - 10 dekabr 1997-ci ildə gözlərini əbədi olaraq, yumdu.

14 illik karyerası ərzində yalnız “Neftçi”nin şərəfini qorumuş “Banya” “ağ-qaralar”ın heyətində 288 oyuna çıxıb və 136 qola imza atıb. SSRİ yığmasının formasını 50 dəfə geyinən “9 nömrə” rəqib qapılarının torunu 19 dəfə silkələyib.

Mənbə: “Qafqazinfo”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30