25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ” qrupdan çıxsa, “Qalatasaray”la “qonşu” olacaq

Avropa Liqasında 1/16 finala yüksələn 8 komanda müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutanlar ikinci dərəcəli klub turnirinə “transfer olunub”. Həmin 8 komanda UEFA əmsallarına əsasən, iki “dördlüy”ə bölünüb.

Belə ki, Çempionlar Liqasından gələn 8 komandadan 4-ü püşk zamanı səpələnmiş, 4-ü isə səpələnməmişlər səbətində yer alacaq.

Avropa Liqasının 12 qrupunda qalib olanlar birincilərə, 2-ci yer sahibləri isə nisbətən zəiflərə qoşulacaq. Bu isə o deməkdi ki, 2-ci yer uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ” 1/16 finala adlasa, səpələnməmişlərdən biri olacaq.

Elə bu üzdən də səpələnmiş komandalar çempionumuzun potensial rəqibləri sayılır.

Çempionlar Liqasından gələn klublardan 4-ü “Qarabağ”la qarşılaşa bilər. Bunlar “Porto”, “Olimpiakos”, “Mançester Yunayted” və “Bayer”di.

Avropa Liqasının son qalibi “Sevilya” isə Azərbaycan çempionu ilə görüşə bilməyəcək. Səpələnməmişlərdən olan “Valensiya” və “Şaxtyor” da təmsilçimizlə qarşılaşa bilməz.  Qonşu ölkə təmsilçisi “Qalatasaray” da püşkdə “Qarabağ”la eyni səbətdə olacaq.

Səpələnmişlər: “Porto" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Almaniya)

Səpələnməmişlər: "Sevilya", "Valensiya" (hər ikisi İspaniya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Ukrayna)

Qeyd edək ki, Avropa Liqasında I yeri təmin edən “Napoli”, “Latsio” (hər ikisi İtaliya), “Bazel” (İsveçrə) və “Atletik” (İspaniya) səpələnmişlərdən olduğu üçün Azərbaycan çempionunun potensial rəqibidi. Fransa “Sent-Etyen”i isə qrup ikinciliyini təmin etdiyindən təmsilçimizlə eyni səbətdədi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30