25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Krasnodar”ın baş məşqçisi: “Qələbə bizim üçün önəmlidi”

“Sabah meydana əsas heyətlə çıxacağıq. Amma bəzi zədəli oyunçularımız var ki, Bakıya gətirilməyiblər. Onlardan başqa bütün əsas oyunçularımız “Qəbələ”yə qarşı oynayacaqlar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Krasnodar” sabah “Qəbələ”nin qonağı olacaq. Matçdan öncə mətbuat konfransı keçirən Kononov bunları deyib: “Qrup birincisi olmaq imkanımız var. Bu da növbəti mərhələyə səpələnmişlərin arasında çıxmaq şansı yaradır. Bunun da üstünlüyü var. Bir də ki, ili yaxşı bitirmək arzusundayıq. Bu mənada, qələbə bizim üçün önəmlidi”.

- Torbinski ilə Bıstrova nə olub? Onların sabahkı oyunu buraxmaqlarının səbəbi konkret olaraq nədi?

- Onlar məşqdə zədələndilər. Düşünürdük ki, zədələri çox ciddi deyil. Amma onların vacib oyun öncəsi bərpası mümkün olmadı. Sabahkı matçda Vandersonu əsas heyətdə meydana buraxmağı düşünürük. O, son oyunlarda özünü yaxşı tərəfdən göstərib və ilk “11-lik”də yer almağa hazırdı.

- “Spartak” və “Kuban”la oyunlarda komanda yaxşı xarakter göstərdi, qollar vurdu. Amma bunun müqabilində qapısından 5 qol buraxdı. Müdafiədəki problemlə bağlı nə deyə bilərsiz? Rəhbəlikdən yeni müdafiəçi almağı tələb edəcəksizmi?

- Son oyunlardan bir neçəsində qol buraxmamışıq. “Spartak”la matçda bir neçə qol şansımız oldu. “Kuban”la görüşdə həm rəqibə oynamaq imkanı verdik, həm də özümüz oynadıq. Müdafiədə seçimimizin çox olmadığını müzakirə etmişik.

- “Qəbələ” ilə ilk oyundan sonra bu komandanın hansı görüşlərini izləmisiz və nə kimi dəyişikliklər görmüsüz?

- PAOK-la oyunu izləmişəm. Həmçinin daxili çempionatda 1:0 hesabı ilə qalib gəldikləri matça baxmışam. Deməzdim ki, çox dəyişiklik var. Yenə təkrarlayıram ki, bizi çox ciddi oyun gözləyir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30