29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”dən 22:0-lıq qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin komandaları müxtəlif yaş qruplarında 12 qarşılaşmada qüvvəsini sınayıb. Bu matçların yalnız birində uduzan futbolçular 11 qələbə qazanıb.

U-19 komandası evdə “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran “qırmızı-qaralar” liderliyi ələ alıb. Komanda X turda “İnter”in qonağı olacaq.

U-17 səfərdə “Turan” İB-i 4:2, evdə “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edib. 10 turdan sonra 27 xalla yarışın vahid lideri olan “Qəbələ” növbəti turda “Zirə”nin qonağı olacaq.

U-16 öz meydanında “Vətən”i 4 cavabsız qolla məğlub edib. 9 matçda 27 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komanda növbəti turda AZAL-ın qonağı olacaq. Ardıcıl 13-cü qələbəsini qazanan U-15 səfərdə “Vətən”i minimal hesabla məğlub edib - 1:0. Bir oyun az keçirən “qırmızı-qaralar” 14 turdan sonra 39 xalla yarışın lideridir. “Qəbələ” növbəti oyununda “Bakı”nı qəbul edəcək.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Bakı”nı 2, “Vətən RİOEUG”u 4 cavabsız qolla məğlub edib. “Qırmızı-qaralar” 10 oyundan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Zirə” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “Vətən RİOEUG”a 2:0 hesabı ilə qalib gəlib. 9 oyunda 18 xal yığan komanda 4-cü pillədə qərarlaşıb. XI turda “Qəbələ” “Neftçi” İK İB ilə üz-üzə gələcək.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında VIII turun oyunları keçirilib. Şəki UGİM-i ilə qarşılaşan U-12 12:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 7 oyunda 19 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. U-11 Liqasında 7-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Yevlax UGİM-ini 22 cavabsız qolla keçib. Komanda 21 xalla çempionatının lideridir. Klubun U-10 komandası Yevlax UGİM-ini 7:0 hesabı ilə məğlub edib. 8 matçda 24 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” 7-ci oyununda “Fidan”a məğlub olub - 0:2. 7 matçda 7 xal toplayan komanda 4-cü pillədə qərarlaşıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31