29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ya formanın haqqını verin, ya da ... YAZI

I divizonda oynamaq ayıb deyil. Hafiz Məmmədov düz deyir, hər bir klubun başına gələcək hadisədi bu. Vaxt olub ki, aparıcı top-klublar da aşağı divizionda oynayıblar. Səbəblər fərqli olsa belə, “Yuventus”u, “Monako”nu bu baxımdan nümunə göstərmək olar.

“Bakı”nın I divizionda çıxış etməsi faciə deyil. Amma dünən “Bakılı”dan alınan məğlubiyyət faciədi. Söhbət heç məğlubiyyətdən də getmir. Söhbət, komandanı çətin vəziyyətdə qoyub, qaçanlardan gedir. Harda görülüb ki, kapitan gəmini hamıdan əvvəl tərk etsin? Harda görülüb ki, klubun öz yetirməsi olan, bu günə kimi akademiyada qalan futbolçu “ehtiyatda qalıramsa, çıxıb gedirəm” desin? Harda görülüb ki, klubun xarici ölkələrə göndərib, əməliyyat elətdirdiyi futbolçusu oyuna gəlməsin?

Bəli, “Bakı”nın futbolçuları 2 aydı maaş almırlar. Lakin bu gün maliyyə problemi təkcə “Bakı”da deyil axı. Bu gün Premyer Liqanın əksər klublarında pul sıxıntısı yaşanır. Baş verən siyasi hadisələr də göstərdi ki, Hafiz Məmmədov biznesində səhvə yol verməyib. Sadəcə, kənar təsirlər iş adamını çətin vəziyyətə salıb. Bütün çətinliklər də artıq yoluna qoyulmaq üzrədi. Qısa müddətdən sonra hər şey yaxşı olacaq.

“Bakı”nın akademiyası xeyli futbolçu yetişdirib. Amma belə görünür ki, şəxsiyyət yetişdirə bilməyib. Futbolçu ilk növbədə şəxsiyyət olmalıdı. “Pul əl çirkidi” deyimi boş söhbətdi. Pul hamıya lazımdı. Lakin həyatda puldan da vacib məqamlar var. 16-17 yaşında futbolçuya nə lazımdı? Məşq meydançası, forma, oyuna çıxmaq. Bunun üçün də “Bakı”nın bazasında hər bir şərait var. Vaxtı-vaxtında qidalanırlar da.

Hafiz Məmmədov Azərbaycan futboluna adına çox iş görüb. Onun futbolumuza verdiyi ən böyük töhfələrdən biri “Bakı”nın akademiyasıdı. Bu gün həmin uşaqlar “Bakı”nın heyətində yetişməsəydilər, akademiyada futbolun sirlərinə yiyələnməsəydilər, harada olacaqdılar? Bir anlıq bu sualı özünüzə verin, bəylər...

Elə futbolçu var ki, yayda “Bakı” transfer vərəqini özünə verib. Lakin 1-2 ay səy göstərsə də, heç bir klubla anlaşa bilməyib, komandaya qayıdıb. Futbolçu var ki, ağır zədə alıb. Ömrü boyu şikəst qalacağından qorxaraq, ağlayıb. Həmin hadisə gözümün qarşısında olub, bugünki kimi yadımdadı həmin göz yaşları. Amma Hafiz Məmmədov o cür gənclərdən üz döndərməyib. Hər birinə sahib çıxıb. Ölkə xaricinə əməliyyata göndərib. Aylarla bazada qalıb, qidalanıb, müalicə olunub, maaş alıb. Oynamaya-oynamaya. Bütün bunların qarşılığında budur Hafiz Məmmədova, “Bakı”ya olan hörmətiniz? Keçmişi unutmaq olmaz, bəylər...

Dünən “Bakılı” ilə oyunu izləyən hər 10 nəfərdən 9-u “Bakı” qəsdən oynamır” deyirdi. Sabah lazım gəlsə, “Bakı” I divizionda U-19, U-17, lap U-15 komandası ilə də oynayar. Onsuz da bu, müvəqqəti çətinlikdi. Növbəti mövsümdə “Bakı” yenə də Premyer Liqada olacaq. İtirən siz olacaqsız, “Bakı” yox. “Bakı”dan kimlər getməyib ki? Amma komanda dağılmayıb, dağılmayacaq da. O formanı geyib, meydana çıxırsızsa, kişi kimi oynayın. Ya o formanın haqqını verin, ya da ...

Komandanı heç olmasa, qarda-boranda yanınızda olan, “Rəvan”la oyunda o cür soyuqda dayanmadan sizə dəstək verən azarkeşlər qədər sevin...

İBRAHİM

P.S. 1 ay əvvəl televiziyaya çıxıb “sağ olsun “Bakı”, sağ olsun Hafiz Məmmədov, məqsədimiz növbəti mövsüm Premyer Liqaya qayıtmaqdı” deyənlər, bu gün meydana çıxmaq istəmirlər. Heç olmasa, sözünüzə hörmət qoyun, bəylər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31