26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İbrahim Əsgərli: “Hər şeyi süni örtüklə bağlamaq olmaz”

10 ildən artıqdı futbol sahəsində çalışan həkim İbrahim Əsgərlinin Futbolxeber.az saytına müsahibəsi

- Son illərdə ölkə xaricində idmanla bağlı təşkil edilən konqreslərə və seminarlara qatılırsınız. Bu cür konqreslərdə hansı mövzular haqda məlumat verilir?

- Konqreslərdə əsasən idman həkimliyi sahəsindəki ən son yeniliklər, müalicə, müayinə üsulları barədə çıxışlar olur. Sonuncu qatıldığım belə bir konqres Türkiyənin paytaxtı Ankarada baş tutub. Türkiyə İdman Həkimləri Dərnəyi və Gülhanə Askeri Tibb fakültəsinin  təşkilatıçılğı ilə baş tutan konqres sayca 15-ci dəfə keçirilirdi.Yeri gəlmişkən qeyd edim ki, mənimlə idman həkimliyi sahəsində yaxından əməkdaşlıq edən cüdo millisinin həkimi Ceyhun Əliyev də kinezioloji kursda iştirak edirdi. 

- Hansı məsələlər daha çox müzakirə mövzusu oldu?

- Bu konqres ənənəvi keçirilən bir tədbirdir. İdman həkimliyi sahəsində mövcud olan, prearitet sayilan, tez -tez rast gəlinən travmaların ən qisa müddətdə müalicəsi və reabilitasiyasi , akupunktur, proloterapi, nöroterapi, PRP, kinezioloji tetbiq, zedelenmelerde kayropratik müalicə, ozonoterapiya, idmançılarda ani kardiyak ölümün önlənməsi, profilaktikası və s. mövzular  haqqında Türkiyənin və Avropanin ən məhşur idman həkimləri, travmotoloq-ortopedlərin  muhazirələri və müzakirələri aparıldı. Bu movzulardan Karyopratik müalicə, PRP, Proloteraiya və nöralterapi son zamanlarda idman meydanlarinda baş veren zədələnmələrin müalicəsi və qisa vaxtda geri donməsini təmin edən ən son yöntəmlərdir ki, bzim kiçik futbol ölkələri üçün yenilik ola biləcək movzulardır. Həmin vaxt kurslar da təşkil edilirdi. Orda Kinezioloji simptomatik müalicə və istifadə qaydaları, təyinatı haqda təlimlər keçirilirdi. Kurslar zamanı həm də zədədən dönən idmançıların bərpa proseslərinin düzgün həyata keçirməklə bağlı slaydlar göstərilirdi.

- Əksər mütəxəssislərimiz futbolçuların zədələnməsində süni örtük amilini qabardırlar. Bu məsələyə təcrübəli idman həkimi kimi sizin fikrinizi bilmək maraqlı olardı...

- Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu gün Avropadakı 10 meydançadan 4-5-nin örtüyü sünidi. Ona görədə futbolçuların tez-tez zədələnməsini yalnız  bununla əlaqələndirmək düzgün olmazdı. Futbolçunun özündən də çox şey asılıdır. Hansı bədən üzvündə, hansı əzələsində zədəyə meyillilik hiss edirsə, müalicə etdirməli, üzərində fərdi şəkildə işləməli, möhkəmlətmə, regional və ya ümumi dözümlülük proqramı esasında ixtisaslı-təcrübəli idman həkimlərə müraciət etməlidirlər. İnsan orqanizmi məşqin yükünə, proqramına uyğunlaşdırılmalıdı. Önəmli  səbəblər arasında futbolçunun psixoloji durumu, düzgün qidalanması, yatma və yuxu rejiminə əməl etməsi də önəmli yer tutur. Digər yandan klubun, eləcə də millinin həkimi futbolçunu 24 saat nəzarət altında saxlaya bilməz. Bunu ən yaxşı halda toplanışlar zamanı edə bilər. Ona görə də futbolçu həm də özünün həkimi olmalı, idmançı xarakteri nümayiş etdirməlidir. Bunları doğru-düzgün yerinə yetirən futbolçunun zədələnmə riski də xeyli aşağı düşür. Təbii ki, xroniki, eləcədə kontaktlar zamanı alınan zədələri bura daxil etmirəm.

- Sadaladıqlarınızı futbolçulara çatdırmaq üçün klublarla birgə seminarlar təşkil etməyi düşünürsünüzmü?

- Hal-hazırda bəzi klublardan təkliflər almışıq. Konkret “Kəpəz” klubunu qeyd edə bilərəm. Çimərlik futbolu üzrə milli komandanın təlim-məşq toplanışları arasındakı müddətdə də bu mövzularda maarifləndirmə xarakterli seminarlar təşkil edir və söhbətlər aparıram. Gələcəkdə bununla bağlı seminarlar keçirməyi planlaşdırmışıq. Amma bəzi təşkilati işlər var ki, bunu fərdi olaraq etmək mümkün deyil. Yəqin ki, bu işləri klubların və ya idman federasiyalarının dəstəyi ilə həyata keçirəcəyik.

- Ölkəmizdə ixtisaslı idman həkimlərinin sayı azdır və bu da müəyyən boşluqlar yaradır. Bunun səbəbini nədə görürsünüz?

- Çünki tibb universitetində bununla bağlı ayrıca fakültə yoxdu. Əksər həkimlər ən yaxşı halda altı il ərzində 30-40 günlük kurslarda iştirak edirlər. Əlbəttə, bu müddət ixtisasa yiyələnməyə kifayət etmir. Çalışırıq ki, FİFA və UEFA-nın, eləcədə ölkə xaricində təşkil edilən müxtəlif kurslar və seminarlara qatılmaqla, fərdi qaydada üzərimizdə çalışmaqla, müxtəlif ədəbiyyatlardan yararlanmaqla bu boşluğu dolduraq. Təəssüf ki, bu sahədə müəyyən problemlər də var. Bəzi klublarda massajçılar  “ həkim”  kimi çalışırlar. Bu tendensiya son illərdə azalsa da, I divizion klublarında qalmaqdadı. Halbuki həkim  ən azı insan anatomiyasını, fiziologiyasını bilməli, xəstəlik, xəstəliyin klinikası, simptomatikası, müalicəsi və profilaktikası ilə bağlı fikirlər söyləməyi bacarmalıdı. Klublarımız bu sahədə çox dərinə getmirlər. Amma milli komandalarda bu işə daha ciddi yanaşırlar. Tibb hər gün dəyişən, inkişaf edən sahədi. Həkim öz  üzərində işləməli, müasir  ədəbiyyatlardan bəhrələnməli, ali təhsil bazası olmalıdı. Təəssüflər olsun ki, azərbaycan dilində tibblə bağlı tutarlı  ədəbiyyatlar, elmi vəsaitlər yoxdu. Bu da müəyyən çətinliklər yaradır. Bir neçə həkim yoldaşımla bu boşluğu doldurmaq niyyətindəyik.

- Əksər futbolçular zədələnən zaman cərrahiyyə əməliyyatı olunmaq üçün ölkə xaricinə üz tutur. Bu həkimlərimizə inamsızlıqdan irəli gəlir, yoxsa ölkəmizdə bunun üçün maddi-texniki baza yoxdu?

- Bu gün Azərbaycanda kifayət qədər cərrah-həkim  resursları  var. Ölkə xaricinə üz tutanlar əsasən əməliyyat üçün yollanırlar. 10 ilə yaxındır futbol sahəsində çalışıram. Etiraf edim ki, son 4-5 ildə buna ehtiyac duymuram. Problem yerli həkimlərimizin təbliğatının zəif aparılmasıdı. Amma kifayət qədər savadlı, istənilən cərrahiyyə əməliyyatını həyata keçirəcək həkimlər, eləcədə şərait var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30