19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Zirə”dən açıqlama: komanda niyə “Neftçi” ilə oyuna dəbilqəsiz çıxıb?

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağında güclü yanğının baş verməsi ilə əlaqədar faciəyə futbol klublarımız da biganə qalmayıblar. Futbolxeber.az-ın məlumatına görə, mərhum neftçilərin xatirəsinə ehtiram əlaməti olaraq, ölkə çempionatında dünən baş tutan görüşlərə qara sarğı ilə çıxıblar. 3 klub - “Neftçi”, “Xəzər Lənkəran” və “Qəbələ”nin futbolçuları daha bir nümunəvi addım ataraq, meydana əllərində və ya başlarında neftçi dəbilqəsi ilə ayaq basıblar. “Qarabağ” və “Inter” belə addım atmadığı halda, “Neftçi” ilə üz-üzə gələn “Zirə” də meydana dəbilqəsiz çıxıb.

“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu Futbolxeber.az saytına açıqlamasında “Neftçi”dən fərqli addım atmalarının səbəbini belə izah edib: “Bizə yalnız qara sarğıla çıxmalı olduğumuzu demişdilər. Belə bir ideya olduğunu bilsəydik, təbii ki, biz də dəbilqəylə çıxardıq. Hətta qara sarğıla çıxacağımız da oyundan bir neçə saat əvvəl məlum oldu. Komandamız meydana qara sarğıyla çıxdı və oyundan öncə də bir dəqiqəlik sükut oldu. Bu, hamımız üçün böyük faciədi. Bir daha dünyasını dəyişənlərə Allahdan rəhmət, ailelerinə də səbr diləyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30