26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“İstədiyimiz heyətlə oynamırıq”

"Günəşli yatağındakı faciəvi hadisə ilə əlaqədar hamımız üzüntü keçiririk. Xalqımıza, dövlətimizə, ailələrə səbr diləyirik. Ümid edirik ki, itkin düşənlər tapılacaqlar". Futbolxeber.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov evdə "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.

Təcrübəli müdafiəçi oyunun gərgin keçdiyini bildirib: "Ən azı, "İnter"in məğlub olmamağa çalışacağı bilirdik. Rəqib bizə çətin anlar yaşatdı. Çətin günlər yaşasalar da, "İnter"in futbolçuları mübarizə aparır, peşəkarlıq nümayiş etdirirlər. Göstərirlər ki, futbolu təkcə pula görə oynamırlar". 

Sadıqov dekabrın 10-da Belçikada "Anderlext"ə qarşı keçirəcəkləri Avropa Liqasının son tur matçı ilə əlaqədar aparıcı futbolçulardan Riçard Almeydanın ehtiyatda qaldığını, özü və Dani Kintananın ikinci hissənin ortalarında əvəzləndiyini, Çumbinyonun isə fasilədən sonra meydana daxil olduğunu açıqlayıb: "Oyundan öncə məşqçilər bildirmişdilər ki, 65-70 dəqiqə oynaya biləcəksən. Yenidən zədə almamaq üçün 65 dəqiqə oynadım. Çox sıx qrafikdəyik. Müəyyən itkilərimiz var. İstədiyimiz heyətlə oynamırıq. Optimal formada deyilik. Bu dövrdə baxımlı və sürətli futbol göstərmək asan deyil. Amma yenə də öz dəst-xəttimizi göstərməyə çalışırdıq. Bu gün 3 xal qazanmaq bizim üçün çox önəmli idi. Önəmli futbolçuları isə "Anderlext"lə keçirəcəyimiz matçla əlaqədar qorunması məqsədəuyğun sayıldı".

"Qarabağ"ı Belçikada ağır oyunun gözlədiyini deyən kapitan "Neftçi"də çıxış etdiyi vaxt - 10 il öncə səfərdə "Anderlext"ə 0:5 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu xatırladıb.

Mənbə: sportnet.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30