20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Dimitroviski: “Qarabağ” böyük klubdu”

“Qarabağ”ın futbolçusu Vladimir Dimitrovski Azərbaycan kubokunun 1/8 finalında “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyuna istədiyimiz kimi başlaya bilmədik. Rəqib komanda da bundan istifadə edib ilk hissədə kəsərli hücumlar təşkil etdi. Amma sonda mərhələ adlayan tərəf biz olduq.  “Şəmkir”in də haqqını vermək lazımdır. Çox gözəl oyun sərgilədilər.

- Nə baş verdi ki, ikinci hissədə üstünlüyü ələ ala bildiniz?

- Baş məşqçimiz fasilədə tapşırıqlarını verdi və ikinci hissədə üstünlüyü ələ ala bildik. Əsas odur ki, qələbə qazana bildik. Düşünürəm ki, bu qələbəyə də layiq idik.

- Etiraf edək ki, divizion təmsilçisinə qarşı meydana çox rahat çıxmışdınız. Sanki, qələbə qazanacağınıza əmin idiniz?

- İstənilən halda bütün klublarda  aşağı liqa təmsilçisinə qarşı motivasiya ilə bağlı problemlər olur. Amma bəzi futbolçularda yorğunluq da var idi.

- Sonuncu dəfə “Sumqayıt”la oyunda meydana çıxmısan. Uzun müddətdir oynamamağının səbəbkarı özünsən?

- “Qarabağ” böyük klubdur. Bura yeni gəlmişəm. Komandaya gec qoşulduğum üçün toplanışda iştirak edə bilmədim. Amma indi hazıram. Baş məşqçimiz nə vaxt istəsə, çxıb meydanda əlimdən gələnin ən yaxşısını edəcəm.

- Meydana az çıxdığın üçün  qışda “Qarabağ”dan ayrılmağı düşünmürsən? 

- Əksinə, qış fasiləsində öz üzərimdə işləyib, daha çox şans qazanmağa çalışacam.

- “Qarabağ” Avroliqada son matçını səfərdə “Anderlext”ə qarşı keçirəcək. Bu görüş haqda nə düşünürsən?

- Futbolda hər şey mümkündür. “Anderlext”i Bakıda məğlub edə bilmişiksə, Belçikada niyə olmasın? Nə qədər çətin olsa da qalib gələcəyimizə inanıram.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30