25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elvin Məmmədov: “Neftçi”yə məğlubiyyəti şişirtmək lazım deyil”

“Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxmışdı. Buna görə də top uğrunda sonadək mübarizə gedirdi. Çətin oyun idi. Əlimizdən gələni etdik ki, 3 xal qazanaq. Amma alınmadı.  Bəzən olur ki, meydanda istədiklərimizi həyata keçirə bilmirik. Bu da həmin matçlardan biri idi”.         Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Məmmədov Premyer Liqanın 14-cü turunda “Neftçi”yə məğlub olduqları oyundan (0:1) sonra deyib.

Futbolçu matçın sonunda rəqibin güclü müdafiə olunduğunu da bildirib: “Rəqib bizə qarşı həqiqətən yaxşı hazırlaşmışdı və bunu da meydanda göstərə bildi. Qarşılamanın sonlarında “Neftçi” tamamilə müdafiyəyə çəkildi və istədiyimiz kimi oynamağımıza imkan vermədi”.

Elvin Məmmədov hakimin oyunu tez-tez saxladığından da gileylənib: “Doğrudur, hakimə oyunun gedişatında etiraz bildirdim. Çünki iki komandanın da futbolçularının hər toxunuşuna fit çalırdı. Bu da normaldır. Belə hadisələr olur”.

Yarimmüdafiəçi açıqlamasında bildirib ki, “Neftçi”yə məğlubiyyəti şişirtmək lazım deyil: “Qurban Qurbanov “Tottenhem”lə oyundan sonra komandanın bəzi futbolçularına istirahət vermişdi. Qara Qarayev, Rəşad Saqıqov meydanda yox idi. Riçard Almeyda meydana sonradan daxil oldu. Bu, oyunumuza təsir etsə də, heyətimiz genişdir. Hər bir futbolçunun oynamaq üçün şansı olmalıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30