25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Arif Daşdəmirov: “Artıq 3 xal qazanmağın vaxtıdı”

“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirovun Futbolxeber.az saytına müsahibəsi

- PAOK-la qolsuz başa çatan oyunu necə dəyərləndirə bilərsən?

- Bərabəbər səviyəli oyun keçdi. Qələbə qazanmaq istəyirdik. Əlimizdən gələni etdik. Fasilədən sonra rəqibdən daha üstün idk. Qol vurmaq üçün şanslarımız da rəqiblə müqayisədə daha çox idi. Lakin yararlana bilmədik. Məncə, heç-heçə də pis nəticə deyil.

- Yəqin ki, oyundan öncə “Krasnodar”ın qalib gəlməsi xəbəri komandanı məyus etdi...

- Hə, “Borussiya”nın məğlubiyyətinə görə məyus olduq. Bilirdik ki, artıq şansımız yoxdu. Bununla belə, baş məşqçi dedi ki, son 2 oyunu udmalıyıq. Öz adımıza, klubun imicinə görə meydanda mübarizə apardıq. Çalışdıq ki, qələbə qazanaq.

- Öz oyunundan razı qaldın?

- Hə, normal çıxış etdiyimi düşünürəm. Komandamın uğuru üçün əlimdən gələni etdim.

- Qarşıdakı “Krasnodar”la oyunda nəyə ümid edirsən?

- Ancaq qələbəyə. Son oyunda mütləq 3 xal qazanmalıyıq.

- Bunun üçün kifayət qədər motivasiyanız olacaq?

- Heç olmasa bir oyunu udub, azarkeşlərimizi sevindirməliyik. Buna görə də “Krasnodar”la oyunda motivasiya baxımından problemimiz olmayacaq.

- Sabah Premyer Liqanın XIV turu çərçivəsində “Rəvan”la qarşılaşacaqsınız. Gözləmək olar ki, “Qəbələ” bu oyunda qələbəsizlik seriyasına son qoyacaq?

- Həqiqətən də son oyunlarda qalib gələ bilmirik. Artıq 3 xal qazanmağın vaxtıdı. Qələbə qazanacağımıza inanıram.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30