25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”dən inamlı qələbələr: 18:0 və 19:0

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Futbolxeber.az-ın məlumatına görə, klubun yetirmələri müxtəlif yaş qruplarında 10 qarşılaşmada qüvvəsini sınayıb. Bu matçların yalnız birində uduzub, ikisində heç-heçəylə kifayətlənən “Qəbələ” təmsilçiləri 7 qələbə qazanıb.

U-19 komandası səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 19-ya çatdırıb, çempionatın liderləri “Bakı” və “Xəzər Lənkəran”a şərik olan “qırmızı-qaralar” əlavə göstəricilərdə 2-cidir. Komanda növbəti turda “Xəzər Lənkəran”ı qəbul edəcək.

Keçirdiyi ilk 7 oyunda böyükhesablı qələbə qazanan U-17 evdə “Qarabağ”a uduzub - 1:4. İlk xal itkisinə baxmayaraq, 21 xalla yarışın vahid lideri ola “Qəbələ” İX turda “Turan”ın qonağı olacaq.

U-16 səfərdə “İnter”i 2:1 hesabı ilə məğlub edib. 8 matçda 24 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komanda növbəti turda “Vətən”i qəbul edəcək.

Ardıcıl 12-ci qələbəsini qazanan U-15 XIII turda evdə “İnter”i 8:0 hesabı ilə məğlub edib. Bir oyunu təxirə salınan “Qəbələ” 12 matçda topladığı 36 xalla 1-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Vətən”in qonağı olacaq.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Qarabağ”la görüşdə 1 xal qazanıb - 0:0. “Qırmızı-qaralar” 8 oyundan sonra 27 xalla 3-cü pillədə qərarlaşıb. Komanda növbəti turda “Bakı” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “Təhsil”ə 6:0 hesabı ilə qalib gəlib. 8 oyunda 15 xal yığan komandamız 4-cü pillədə qərarlaşıb. IX turda “Qəbələ” istirahət edəcək.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında VII turun oyunları keçirilib. İsmayıllı UGİM-i ilə qarşılaşan U-12 6:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 6 oyunda 16 xal toplayaraq 2-ci yerdə qərarlaşıb. Komanda növbəti turda Şəki UGİM-ini sınağa çəkəcək. U-11 Liqasında 6-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Qax UGİM-ini 18 cavabsız qolla keçib. 18 xalla çempionatının lideri olan komanda növbəti turda Yevlax UGİM-i ilə görüşəcək. Klubun U-10 komandası Yevlax “Rabitəçi UGİM”ini 19:0 hesabı ilə məğlub edib. 7 matçda 21 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. Komandanın növbəti rəqibi Yevlax UGİM-i olacaq. U-19 Qızlar Liqasında debüt mövsümünü keçirən “Qəbələ” 6-cı oyununu “Neftçi”yə qarşı keçirib. 1:1 hesablı heç-heçədən sonra xal hesabı 7-yə çatan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. Komandanın növbəti rəqibi “Fidan” olacaq.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30