26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Sergey Zenyov: “Yunan azarkeşlər də, PAOK-da məni təəccübləndirdi”

“Qəbələ”nin hücumçusu Sergey Zenyovun Futbolxeber.az saytına müsahibəsi

- Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ” səfərdə PAOK-la qolsuz bərabərliyə nail oldu. Qarşılaşma haqda nə deyə bilərsən?

- Nəticəni normal hesab etmək olar. Hər halda, çətin səfər oyununda 1 xal qazandıq. Təbii ki, məqsədimiz qələbə qazanmaq idi. Lakin sonda 1 xalla kifayətləndik.

- Qələbə qazanmağınız üçün nə çatışmadı?

- Bəzən sonuncu ötürmədə dəqiq oynaya bilmirdik. Amma yenə də qol şanslarımız oldu. Məncə, qalib gəlməməyimizin əsas səbəbi yaxaladığımız şansları qaçırmağımız oldu.

- “Panatinaikos”la matçda yunan azarkeşlərin çılğınlığını görmüşdük. Lakin PAOK fanatları elə də fəal deyildilər. Bu məqam sənin üçün sürpriz oldu?

- Bu məqam məni də təəccübləndirdilər. Bir neçə il əvvəl burada PAOK-a qarşı oynamışdım. O zaman stadion tam dolu idi. Azarkeşlər sevimli komandalarına fantastik dəstək verirdilər. Lakin bu dəfə fərqli mənzərəyə şahidlik etdik. Yəqin ki, azarkeşlərlə klub arasında hansısa problem var.

- PAOK-un oyunu da sizin üçün gözlənilməz oldu?

- Birinci hissədə normal çıxış etdilər. Amma fasilədən sonra PAOK çox zəif təsir bağışladı. Bəlkə də bu, yorğunluqdan irəli gəlirdi.

- PAOK-la oyundan əvvəl artıq “Krasnodar” - “Borussiya” (1:0) matçının nəticəsini bilirdiz. Bu məqam oyununa mənfi təsir göstərdi?

- Çalışırdıq bunu hiss etdirməyək. Təbii ki, “Borussiya”nın qələbəsini arzulayırdıq və inanırdıq ki, son tura qədər 1/16 finala yüksəlmək şansımız qalacaq. Təəssüf ki, istəyimiz reallaşmadı.

- “Qəbələ” qələbəsiz oyunlar seriyasına növbəti oyunda son qoya biləcək?

- Yunanıstanda qələbə qazansaydıq, inamımız artardı. Çempionatda növbəti oyunumuz “Rəvan”ladı. Artıq həmin oyunda mütləq qalib gəlməyək.

- “Rəvan”la oyun bazar ertəsi baş tutacaq. “Qəbələ” vaxt azlığına baxmayaraq, həmin görüşə kimi hazır olacaq?

- Onsuz da başqa yolumuz yoxdu. Tam gücümüzlə qarşıdakı matça hazırlaşacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30