19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tale Heydərov: "Əlimizdən gələni edirik ki, uğur əldə edək"

II Qəbələ Kuboku turnirinin açılış mərasimindən sonra "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovun iştirakı ilə brifinq keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Tale Heydərov ilk öncə “Qəbələ”nin “Şaxtyor”la 1:1 oynadığı ilk oyun haqda fikirlərini bildirib:  “İlk oyunla bağlı fikrim müsbətdir. Çünki “Şaxtyor” yaxşı akademiyası olan klubdur. Belə klubla heç-heçə etmək pis nəticə deyil. Hesab edirəm ki, turnirə yaxşı başlamışıq”.

Daha sonra Tale bəy “Qəbələ”nin əsas komandası ilə bağlı verilən sualı cavablandırıb: “Təəssüf ki hələ əsas komandamız uğur qazanmayıb. Baxmayaraq ki, hər il qarşımıza böyük məqsədlər qoyuruq. Amma buna nail ola bilməmişik. Stenli Brard “Feyenord” Akademiyası direktorudur. Yaxınlarda Hollandiyada ən yaxşı akademiya direktoru mükafatına layiq görülüb. Yuri Syomin də vaxtilə “Lokomotiv”i çalışdırıb və bir neçə nailiyyətlər əldə edib. Ümid edirik ki, bu şəxslər “Qəbələ”yə yüksək nailiyyətlər qazandıracaq. Klub rəhbərliyi olaraq əlimizdən gələni edirik ki, uğur əldə edək. Hesab edirik ki, “Qəbələ” baxımından düzgün seçim etmişik. Ümumi ölkə futbolu baxımından diqqət yetirsək, görərik ki, digər klublara da artıq səviyyəli məşqçilər gəlməkdədir. Bunun axır-əvvəl nəticəsi olacaq. Bir az səbir etmək lazımdır”.

Heydərov həmçinin onu da bildirib ki, 2016-cı ildə U-17-lər arasında ölkəmizdə keçiriləcək AÇ-nin oyunlarından bəzisinin Qəbələdə keçirilə biləcəyini də istisna etməyib. Tale Heydərovun sözlərinə görə, bunun üçün “Qəbələ”nin əsas stadionu tikilib başa çatmalıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30