25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadıqov: “Sonadək mübarizə aparacağıq”

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin və gərgin oyun alındı. Çoxdan idi ki evdə belə oyun keçirmirdik. Rəqibin səviyyəsi sözünü dedi. Biz də öz növbəmizdə mübarizə apardıq. Rəqibin hücumlarının qarşısını almağa çalışdıq. Təəssüf ki, yenə də standart vəziyyətdən sonra qol buraxdıq və uduzduq.

- Komandanız standart vəziyyətlər, künc zərbələri zamanı çox qol buraxır...

- Unutmayaq ki, biz boy baxımından ucaboy futbolçulara malik "Monako", "Tottenhem" və "Anderlext"dən geri qalırıq. Həm də o futbolçuların qiyməti 10-15 milyondur. Biz isə sadəcə, texnikamızla fərqlənirik. Ona görə də belə rəqiblərlə görüşlərdə standart vəziyyətlər bizim üçün problem olur.

 Reynaldonun yoxluğu özünü göstərir?

- Onun yoxluğu hər zaman sözünü deyir. Reynaldo bizim üçün vacib futbolçudur. Hücumlar, əks-hücumlar zamanı o, çox faydalı idi. Uşaqlar bu oyunçunun yoxluğunu hiss etdirməmək üçün çox çalışırlar. Sadəcə, alınmadı. Heç-heçə edə bilərdik. Bunun üçün imkanlarımız da oldu.

- Bundan sonrakı şanslarınızı necə qiymətləndirə bilərsiniz?

- Səhv etmirəmsə, mərhələ adlamağımız üçün bizə Belçikada "Anderlext" üzərində 1:0 hesablı qələbə də bəs edəcək. Çətin olacaq. Amma sonadək mübarizə aparacağıq.

- Buraxdığınız qoldan sonra stadion boşalmağa başladı. Azarkeşlər artıq "Qarabağ"a inanmırlar?

- Ola bilsin ki, hansısa səbəblərdən gediblər. Amma qoldan sonra bizi daha çox irəliyə səsləməyə başladılar. Qrup mərhələsinin bütün ev oyunlarında azarkeşlərdən yaxşı dəstək gördük. Buna görə onların hamısına minnətdaram. Fikrimcə, ev oyunlarında layiqli çıxış etdik. Beş turdan sonra daha çox xal toplaya bilərdik. Bu mövsüm heyətlə bağlı çoxlu problemlərimiz, itkilərimiz oldu. Nəticəsi isə göz qabağındadır.

- Özünüzü zədədən sonra necə hiss edirsiniz?

- Hələ zədəmi tam sağaltmamışam. "Neftçi"yə qarşı oynamayacağam.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30