19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Tottenhem”in baş məşqçisi: “Monako” ilə matçda qələbəyə oynayacağıq”

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər matçını (1:0) şərh edib. Futbolxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında bunları dilə gətirib:

"Çətin oyun oldu. Komandamızdan razıyam. Rəqibimiz evdə ilk dəfə uduzur. Pley-offa çıxdığımız üçün şadıq. Amma bu oyun bizdən çox güc aldı. Qarşıda isə bizi "Çelsi" ilə ağır oyun gözləyir. Tibbi personal futbolçuların tam bərpa keçməsi üçün əlindən gələni edəcək. Qrupdakı son oyunumuzu Monakoda keçirəcəyik. Qrupdan çıxmağı təmin etsək də, həmin görüşdə qələbəyə oynayacağq. "Qarabağ" üçün də son turun nəticələri böyük önəm kəsb edəcək".

Poçettino "Qarabağ"ın futbolçusu yerdə qalarkən komandasının üzvlərinin topu meydandan çıxarmamasını belə şərh edib: "Öncə topu meydandan çıxarmaq mümkünsüz idi. Hakim oyunu dayandırmalıdır. Mən elə vəziyyət yaranmasına görə təəssüflənirəm. "Bakı xoşumuza gəldi. Biz xoş mənada təəccübləndik. Azarkeşlər də xoşuma gəldi. Onlar komandalarını yaxşı dəstəklədilər" (azerisport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30