28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçularım əllərindən gələni etdilər”

“Əlbəttə istəməzdik evdəki son oyunda məğlub olaq. Təəssüf ki, istədiyimiz alınmadı”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”i qəbul edən Ağdam təmsilçisi meydançadan 0:1 hesablı məğlubiyyətlə ayrılaraq, növbəti mərhələ şansını son tura saxlayıb. Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Fərqli oyuna üstünlük vermişdik. Düşündüyümüz kimi oldu. “Tottenhem”i təbrik edirəm. Futbolçularıma “sağ ol” demək istəyirəm. Çətin oyunda çalışdılar ki, sona qədər mübarizə aparsınlar. Ustalıq səviyyəsi yuxarı olan futbolçulara qarşı çıxış etdilər. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün görüşlərdə bizi dəstəklədilər”.

- Ötən mövsümün son turundakı kimi, eyni vəziyyət yaranıb. İndi daha çətindi, yoxsa komandanın təcrübəsi indi çoxdu?

- Püşk atılanda komandaların gücünün fərqində idik. Futbolçularım əllərindən gələni etdilər. Təcrübəmiz də var. Amma təqvimin sıxlığını da nəzərə almaq lazımdı. Sona qədər çatdırmaq çətindi. Təcrübəmiz ildən-ilə artır. Yəqin ki, İngiltərə klubuna qarşı oynamaq özü bir təcrübədi. Amma 1-2 ilə təcrübə bəs etməz. Belə rəqiblərə qarşı gərək illərlə mübarizə aparasan.

- Növbəti mərhələyə şans varmı?

- Desəm var, yalan olar, desəm yoxdu, yalan olar. Real baxmaq lazımdı, çox çətindi.

- Biz “Qarabağ”dan çox şey gözləyirik?

- Bir tərəfdən buna şad oluram. Çox şey gözləyirsiz. Buna təkcə siz yox, futbolçular da inanmalıdı. Bəzən zəif olsan da, xarakter hesabına güclüyə qalib gələ bilirsən. Uğur gözləməklə, düz edirsiz. Başqa cür inkişaf olmaz.

- Sizcə, nəticə oyuna görə oldu?

- Qol epizodlarını düşünsək, şanssızlıq oldu. Amma rəqib bizdən güclü idi. Onların gücünə görə oyun qurmuşduq. 3-4 real qol epizodumuz oldu. Nəticə oyuna görə oldu.




Ad: FƏRMAN HÜSEYNOV;   E-mail: [email protected]

27.11.2015 13:16

Həqiqətən biz azrkeşlər doğma AĞDAMİMİZİN necə deyərlər yadigari,təsəllimiz olan QARABAĞDAN yaxşi nəticə gğzləyirdik.Alinmasa da QARABAĞ bizim üçün QARABAĞDİR məğlub olsada qalib gəlsədə sevimli komandamizdir.Arzumuz odur ki gələcəkdə uğurlari-şanslari bğyük olsun.doğma AĞDAMİMİZDAN-QARABAĞİMİZDAN-AZƏRBAYCANİMİZDAN daha çox oyunçularimiz olsun.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31