Ölkə futbolu
Millimizin baş məşqçisi: “Pley-off mərhələsinə vəsiqə qazanmalıyıq”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Dünya çempionatının əsas mərhələsinə hazırlıq necə gedir?
- Noyabrın 23-dən təlim-məşq toplanışına başlamışıq. Əsasən fiziki hazırlığı yüksəldəcək məşqlərə üstünlük veririk. Çünki bu cür təlim-məşq toplanışını xeyli əvvəl keçmişik. İndi buna ehtiyac var. Taktiki planda çalışmalara da vaxt ayırırıq. Heyətə 3 yeni futzalçı dəvət etmişik. Onların komandaya uyğunlaşması üçün bu vacibdir.
- Futzalçıların durumu sizi nə dərəcədə qane edir?
- Oyunçuların hazırkı vəziyyətindən razıyam. Əhval-ruhiyyəmiz də yaxşıdır. Yeni oyunçuların komandaya qoşulması həm yeni nəfəs gətirir, həm də rəqabət yaradır. Düşünürəm ki, yeni qoşulanlar da komandaya kömək edə biləcək.
- Sizi daha çox hansı problemlər narahat edir?
- Komandanın hazırlıq keçməsi üçün normal şərait yaradılıb. Amma hansısa ölkənin yığması ilə yoldaşlıq oyunları keçirə bilməyəcəyik. Bu da məni narahat edir. Halbuki oyun təcrübəsi çox olmalıdır. Məşq başqa, oyun başqadır. Məşq prosesindəki psixoloji durumla oyundakı ab-hava fərqli olur. Təsəvvür edin, bina tikmək üçün hər cür materialınız var. İlk işiniz bünövrəni möhkəm qurmaq olmalıdır. İdmanda da təməl psixoloji durumdur. Bunu düzəldə bilsək, oyunlarımız da yaxşı alınacaq. Çalışırıq ki, bu boşluğu doldurmaq üçün milli çempionatda çıxış edən klubların üzvlərindən ibarət yığma ilə qarşılaşaq. Oyun noyabrın 29-da və ya 30-da keçiriləcək.
- Psixoloji hazırlıqla özünüz məşğul olursunuz, yoxsa kənardan psixoloq dəvət edəcəksiniz?
- Bu problemi yoluna qoymaq üçün çoxlu oyun keçirmək lazımdır. Məşq prosesində uşaqlar bir-birini yaxşı tanıdığından, verdiyin tapşırığı yerinə yetirirlər. Amma başqa rəqibə qarşı oynayanda məşq prosesində görmədiyini orada aşkarlayırsan.
- DÇ-nin seçmə mərhələsindəki rəqiblər haqda hansı məlumata sahibsiniz?
- İsveç millisi haqda geniş məlumatım yoxdur. Çünki bu komanda aşağı mərhələdə çıxış edib. Amma Xorvatiya və Belarus yığmalarının nəyə qadir olduğunu bilirəm. Meydan sahiblərinin son 2 oyununu izləmişəm. Onlar noyabrın 29-da və dekabrın 1-də Yaponiya millisi ilə yoldaşlıq oyunu keçirəcəklər. Həmin oyunları da diqqətdə saxlayacağam. Ümumi götürdükdə, xorvatlar doğma meydanda çıxış edəcək, heyətlərində təcrübəli futzalçılar çoxdur və əksər oyunçuları tanınmış klubların formasını geyinirlər. Belarus yığması ilə fevralda və avqustda yoldaşlıq oyunlarında qarşılaşmışıq. Bu komandanı daha yaxşı tanıyırıq.
- Qrup mərhələsinin təqvimini necə, yığmamız üçün münasib saymaq olarmı?
- Çox münasibdir. İlk oyunda İsveç millisi ilə qarşılaşacağıq. Birinci oyunlar hər zaman çətin keçir - təzyiq, həyəcan olur. İkinci oyuna daha yaxşı hazırlaşırsan. Güclü rəqiblə birinci oyunda qarşılaşmaqdansa, sonuncu görüşdə üz-üzə gəlmək daha münasibdir.
- Şansları necə qiymətləndirirsiniz?
- Komandaların hamısının şansı var. Hər oyuna final matçı kimi yanaşacağıq. Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə mütəmadi vəsiqə qazansa da, dünya çempionatında iştirak etməyib. Çünki Avropa çempionatına gedən yol nisbətən asandır. Amma dünya çempionatının finalına yüksəlmək üçün qrup mərhələsini minimum ikinci pillədə başa vurmalısan. Daha sonra püşk atılacaq və qrup mərhələsini 1-ci pillədə başa vuran komandalar 2-ci sırada yer alanlarla pley-off oyunlarına çıxacaq. İndi diqqətimizi bu 3 oyuna yönəltməli və pley-off mərhələsinə vəsiqə qazanmalıyıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
09:29
"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğlub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
13.09.2026
12.09.2026
11.09.2026
























