Ölkə futbolu
Zamin Əsədullayev: “Rəvan”ın akademiyasında işimizi 3 əsas prinsip üzərində qurmuşuq”
“Rəvan”ın akademiyasının rəhbəri Zamin Əsədullayev Futbolxeber.az saytına müsahibə verib.
- Artıq 1 aydır ki, “Rəvan”ın akademiyasına rəhbərlik edirsiniz. Geridə qalan müddətdə hansı işləri görmüsüz?
- Bu 1 ay ərzində həm aşağı yaş qrupu üzrə komandalarda çalışan məşqçilərlə, həm də futbolçuların valideynləri ilə görüşlərimiz olub. Valideynləri narahat edən məsələlər haqda fikir mübadiləsi aparmışıq. Bu görüşlərimiz mütəmadi olaraq davam edir. Eləcə də məşqçilərlə tez-tez görüşür, fikir mübadiləsi aparırıq. Onların məşqləriniz izləyib, analizlər edirik. Bundan başqa, akademiyaya yeni futbolçular cəlb olunub. Hazırda gücümüzü seleksiya işlərinə qoymuşuq. Axtarışlarımız davam edir. Rayonlarda da istedadlı gəncləri axtarırıq. Akademiyamızda şəraitimiz var. Bazada futbolçuların qalması üçün otaqlar, yeməkxana, məşq meydançası mövcuddudur.
- Gələcək planlarınız nədən ibarətdi?
- Xüsusi plan hazırlamışıq. Özümün iş konsepsiyam var. Yaxın vaxtlarda bunu məşqçilərə də təqdim edəcəyəm. İşimizi ümumi plan üzrə quracağıq. Fəaliyyətimiz 3 prinsip üzərində qurulub. Birinci növbədə Azərbaycan futboluna xidmət etməliyik. Çalışacağıq ki, aşağı yaş qrupları üzrə Azərbaycanın bütün millilərində mümkün qədər çox futbolçumuz oynasın. Bacardığımız qədər miliyə futbolçu yetişdirməliyik. İkinci prinsipimiz odur ki, gələcəkdə “Rəvan”ın akademiyasının yetirmələri əsas komandada çıxış etsinlər. Üçüncü prinsipimiz də gələcəkdə yetişdirdiyimz futbolçuları satmaqdı. Bu 3 prinsip üzərində plan hazırdı.
- Bacarıqlı gənclərə hansı şərtləri təklik edirsiniz? Yəni, onlar seçim edərkən niyə başqa klubu yox, məhz “Rəvan”ı seçməlidirlər?
- Uşağa nə lazımdı? Klubun şəraiti olsun. Biz də nə şərait lazımdısa, yaradırıq: bacarıqlı məşqçi, yararlı məşq meydançası, qalmağa yer, qidalanma, məşq ləvazimatları. Özüm də xarici ölkələrdə çox olmuşam. Görmüşəm ki, digər ölkələrdə də uşaqlar qeyri-adi şəraitdə hazırlıq keçmirlər. Lazım olan həmin şəraiti biz də uşaqlar üçün yaradırıq. Rayonlardan tapıb, heyətə cəlb etdiyimiz uşaqları bazada yerləşdiririk. Bir sözlə, lazımı şəraitimiz var.
- “Rəvan”ın akademiyasından çıxan uşaqları nə vaxt əsas komandada görməyi planlaşdırırsız?
- Aşağı yaş qrupu üzrə komandalarımızın çıxışlarını neçə vaxtı təhlil edirəm. Təəssüflə qeyd etməliyəm ki, 19 yaşdan 15-ə qədər olan komandalarımızda böyük problem var. Bunu qısa zamanda aradan qaldıra bilməyəcəyik. 19, 17, 15 yaşlı uşaq bu gün futbolun sadə elementini yerinə yetirə bilmirsə, gələcəkdə çətin ki, güclü futbolçu ola. Təktəbək mübarizələr zamanı, həm hücum edəndə, həm də müdafiə olunanda çox böyük çətinliklə üzləşirlər. Bütün bunları nəzərə alaraq, qərara gəldik ki, gücümüzü aşağı yaş qrularına - 10, 11,12 və 13 yaşlılardan komandalara qoyaq. Onları istədiyimiz formada, müasir futbolun tələblərinə uyğun hazırlaya bilərik. 5 illik planımız var. 5 ildən sonra hazırlayacağımız futbolçular həm “Rəvan”ın əsas komandasına, həm də Azərbaycan millisinə xidmət edəcəklər.
- Bütün bu planları həyata keçirmək üçün klub rəhbərliyi sizə lazımi şəraiti yaradıb?
- Geridə qalan müddətdə nə söz veriblərsə, hamısını ediblər. Təbii ki, gələcəkdə imkanlarımızı genişləndirməliyik. Hələ ki, heç bir şikayətimiz yoxdu.
- Qeyd etdiniz ki, əsas prinsiplərdən biri gələcəkdə yetişdirdiyiniz futbolçuları digər klublara satmaq olacaq. Azərbaycan futbolunda bu məsələ daim problem olub. Götürək son 1-2 ildə “Bakı” klubunu tərk edib, digər klublara təmənnasız olaraq üz tutan xeyli gənc futbolçunu. Siz gələcəkdə belə problem yaşamamaq üçün hansı addımları atmaq fikrindəsiniz?
- Məncə, futbolçu birinci növbədə klubuna inanmalıdı. Həmin inamı isə klub qazanmalıdı. Biz də əlimizdən gələni edirik ki, futbolçuların, valideynlərin inamını qazanaq. Yığma ölkə futbolunun zirvəsidi. Amma orada daimi qalmırsan. Sabah heç milliyə çağırılmaya da bilərsən. Amma klub futbolçunun evidi. Elə futbolçular olur ki, karyerasının sonunda doğma klubuna, yəni öz evinə qayıdır. Hazırda məqsədimiz “Rəvan”ı futbolçulara, valideynlərə sevdirməkdir. Onlar kluba etibar etməlidirlər. Etibar olandan sonra işimiz rahat olacaq. Qarşılıqlı əməkdaşlıqdan da çox şey asılıdı. Hər iki tərəf səmimi, işlərində şəffaf olmalıdı.
- Aşağı yaş qrupu komandaları ölkə xaricinə, beynəlxalq turnirlərə yollamaq fikriniz var?
- Bu yaxınlarda belə bir təklif almışdıq. Noyabrın 27-də Gürcüstana yollanmalıydıq. Batumi şəhərinə dəvət olunmuşduq. Təəssüf ki, sənəd probleminə görə Gürcüstana yollana bilmədik. Bəzi futbolçuların pasport problemi var idi. Buna görə də bütün aşağı yaş qrupu üzrə komandalarımızda çıxış edən futbolçuların valideynləri ilə görüşdük və onlara bildirdim ki, hər bir futbolçunun xarici pasportu olmalıdı. Məşqçilər nə qədər çalışsalar da, 1 həftə ərzində sənədləri qaydasına qoymaq mümkün olmadı. Lakin gələcəkdə mütləq xarici ölkələrə yollanacğıq. Bir müddət əvvəl 19 yaşlılarımız “Spartak”a uduzdular. Biz təcrübəsizliyin qurbanı oldu. Halbuki “Spartak”ı üstələyə də bilərdik. Bakıda onlarla başabaş oynadıq. Bizim futbolçuların beynəlxalq təcrübələri çox aşağıdı. Hətta deyərdim ki, yox saəviyyəsindədi. Bu isə aşağı yaşdan başlamalıdı. 19 yaşda beynəlxalq arenaya çıxmaq olmaz.
- Müşahidələrimə əsasən deyə bilərəm ki, 13, 15 yaşında böyük gələcək vəd edən əksər azərbaycanlı futbolçular 19, 20 yaşında gözdən itir. Uzun illər Azərbaycan futbolunda olan təcrübəli məşqçi kimi bunun səbəbini nədə görürsüz?
- Bunun həm obyektiv, həm subyektiv səbəblər var. Fikir versək görərik ki, 15,16,17 yaşlılardan ibarət millilərimiz üstələdikləri əcnəbi rəqibləri qarşısında 4-5 ildən sonra aciz qalırlar. Bunun səbəbi odur ki, əcnəbi 15,16,17 yaşından sonra sürətlə inkişaf etdiyi halda, bizimki yerində sayır. Burda futbolçunun da, məşqçinin də, şəraitin də günahı var. Bizim əsas problemlərimizdən biri beynəlxalq təcrübənin azlığıdır. Avropada ölkələr arasında sərhəd yoxdu. Məsələn, almanlar avtobusa minib, Fransaya, Avstriyaya, Macarıstana yoldaşlıq görüşlərinə, beynəlxalq turnirlərə yollanılar. Bizim isə o cür şəraitimiz yoxdu. Biz ən yaxşı halda Gürcüstana gedirik. Avropada rəqabət güclüdü. Üstəlik şərait, qidalanma, yanaşma da tam fərqlidi. Buna görə də 20,21 yaşa çatanda avropalılarla ayaqlaşa bilmirik.
- Azərbaycanda uşaq futbolunun ən yaralı yeri “lipa” məsələsidi. Bu problemə qarşı necə mübarizə aparırsız?
- Bizdə “lipa” ilə bağlı heç bir olmayıb. Düşünürəm ki, gələcəkdə də belə bir çətinlik yaşamayacağıq. Akademiyamızda hansısa uşağın yaşını süni şəkildə azaltdığı üzə çıxsa, o dərhal komandadan qovulacaq. Özü də bunu məxfi şəkildə etməyəcəyik. Məsələni ictimaiyyətə açıqlayacağıq ki, qoy, hamı bilsin. Həmin uşaq gedib başqa klubda oynamasın. Əgər məşqçinin də bu işdə əli varsa, o da dərhal uzaqlaşdırılacaq.
- Sonda “Rəvan”ın əsas komandası ilə bağlı da fikirlərinizi öyrənmək istərdim. Son 2 turda qazanılan qələbələrin səbəbini nədə görürsüz?
- Bəhmən Həsənovun gəlişindən sonra əsas komandamızın inkişafı göz önündədi. Komanda həmin komandadı. Əvvəl cəmi 2 xal toplaya bilmişdiksə, son 2 turda komanda 2 qələbə qazanıb. Özü də bu qələbələri “Neftçi” və “Zirə” kimi güclü komandalar üzərində qazanmışıq. Bu da Həsənovun bacarığını və savadını göstərir. Bəhmən müəllim bacarıqlı məşqçidi. Onun işi göz önündədi. Əminəm ki, o “Rəvan”ı daha yüksək pillələrə qaldıracaq. Onu təbrik edirəm, gələcək oyunlarda da uğurlar arzulayıram. “Neftçi” və “Zirə” kimi komandalar üzərində qələbə təsüdüfi deyil. Məşqçinin işini qiymətləndirmək lazımdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- "Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- "Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif
- Yankoviç: “Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”
-
23:39
"Zirə" çexlərə belə uduzdu VİDEO
-
23:14
"Qəbələ"nin sabiq müdafiəçisi "Kayrat"da
-
23:01
"Neftçi"dən 3 qollu qələbə VİDEO
-
22:28
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:47
Saşa İliç: “Mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır”
-
20:55
“Qarabağ”dan Antalyada maksimum göstərici: 3 oyun 3 qələbə
-
20:32
"Sumqayıt" "Osiyek"lə bacarmadı
-
20:16
"Zirə"dən ardıcıl iki məğlubiyyət
-
19:00
"Neftçi" Çin klubuna qalib gəldi
-
17:49
UEFA Konfrans Liqasında pley-offun püşkü atıldı
-
17:24
Azərbaycan Basketbol Liqasında XIII tura start verilib
-
16:53
Azərbaycan birinciliyi və çempionatında iki kateqoriya üzrə yarışlar yekunlaşıb
-
16:31
Azərbaycanlı idmançı Çində təlim-məşq toplanışı keçəcək
-
16:05
Bölgə klubu ABŞ-dən olan legionerlə vidalaşıb
-
15:48
“Səbail” U-21 millimizə uduzdu
-
15:17
“Mingəçevir”: 7 futbolçu getdi, 5-i gəldi
-
14:22
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
-
13:59
19 yaşlı müdafiəçi “Yuventus”un hədəfində
-
13:30
“Atletiko” hücumçusunu 22 milyon avroya satdı
-
12:16
Millimizin futbolçusu klubundan ayrılıb
-
11:41
Millimizin heyətində dəyişiklik
-
11:25
Dünyaca məşhur jurnal Elxan Səmədovdan yazdı - “Satınalmadan futbol liderliyinə”
-
11:08
"Barselona" 1/4 finala belə yüksəldi VİDEO
-
10:54
Dünya reytinqi: “Qarabağ” gerilədi, “Neftçi” irəlilədi
-
10:39
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:43
Emil Mustafayev “Sumqayıt”da
-
21:26
“Neftçi”nin keçmiş müdafiəçisi Qırğızıstan klubunda
-
18:00
Şahmat üzrə Azərbaycan çempionatının I dəstəsində qaliblər müəyyənləşib
-
17:37
Yeniyetmə cüdoçular üçün seminar təşkil olunub
-
17:19
"Qarabağ" - "Ayntraxt" oyununun biletləri satışa çıxır
-
17:01
“Neftçi”nin Çin klubu ilə oyununun başlama vaxtı açıqlandı
-
16:42
Bakıda cüdo qaydalarındakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib
-
15:55
Amil Yunanovun yeni klubu müəyyənləşdi
-
15:38
UEFA nümayəndələri hakimlərimizə seminar keçdi
-
15:23
Cüdo millisinin üzvləri üçün şahmat dərsi
-
15:00
"Neftçi"nin legioneri komandanın düşərgəsinə qoşulub
-
14:46
Emrah Çelikel mükafata layiq görülüb
-
14:14
"Səbail"dan daha bir transfer
-
13:51
Juninyo: “Qarabağ”da 46 qol vurmuşdum”
-
13:27
"Sumqayıt" 45 yaşlı oyunçusu ilə vidalaşıb
-
13:09
"Zirə"yə lazım olmayan legioner Almaniya klubuna keçdi
-
12:32
“Dinamo” azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı
-
12:15
Qriqorçuk sabiq klubuna qayıtdı
-
11:48
"İnter"dən çətin qələbə VİDEO
-
11:23
Millimizin Danimarka ilə oyunlarının hakimləri açıqlandı
-
11:06
"Real" kubokla erkən vidalaşdı VİDEO
-
10:54
İranda üç idman adamı etiraz aksiyalarında öldürülüb
-
10:31
London derbisini "Arsenal" qazandı VİDEO
16.01.2026
15.01.2026























