28 Iyun 2025, Şənbə
“Kəpəz” Yeqor Xvalko ilə vidalaşdı
Luis Ortis rəsmən “Neftçi”də
Balayev daha bir il “Neftçi”də
“Neftçi” hazırlığa start verdi

Ölkə futbolu

“Neftçi”də 21-ci, “Böyük oyun”larda 24-cü

Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”la səfər oyunu “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevin bu postdakı debütü ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, futbolçu kimi çıxış etdiyi klubun “sükanı arxasında” ilk matçda 2:0 hesablı qələbəyə şahid olan 55 yaşlı mütəxəssis Azərbaycan çempionatları tarixində “ağ-qaralar”ın 21-ci baş məşqçisi olub. Belə ki, 1992-ci ildən Lənkərandakı matçadək 20 mütəxəssis “Neftçi”ni çempionat oyununa çıxarıb.  Bu görüşlərdə paytaxt təmsilçisinin rekordçusu Kazbek Tuayevdi - 132 oyun.

Abdullayev Azərbaycan çempionatlarında həm futbolçu, həm baş məşqçi kimi “Neftçi”nin şərəfini qoruyanların sayını 5-ə çatdırıb. Onadək Qurban Qurbanov, Arif Əsədov, Tərlan Əhmədov və Samir Əliyev də hər iki ampluada “ağ-qaralar”ın sıralarında olub.

Debütü “Böyük oyun”a təsadüf edən Abdullayev “Neftçi”ni “Xəzər Lənkəran”la oyuna çıxaran 13-cü baş məşqçidir. Bütün turnirlərdəki “Böyük oyun”larda son matçadək hər komandaya 12 mütəxəssis rəhbərlik etmişdi. Ağasəlim Mircavadov hər iki komandada çalışdığından Abdullayev prinsipial rəqiblərin görüşlərində ümumilikdə 24-cü baş məşqçi olub. “Böyük oyun”larda məhz Mircavadov hamıdan çox - 13 qarşılaşmada iştirak edib.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30