1 May 2026, Cümə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Ölkə futbolu

“Kəpəz”in futbolçusu üçün Benzemanın həkiminə dəvət göndərildi

“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko bu gün Braziliyada əməliyyat olunacaq. Futbolxeber.az-ın məlumatına görə, meniski zədələnən yarımmüdafiəçi vətənində yenidən müayinədən keçib və xaçabənzər diz bağının hissəvi qırılması üzə çıxıb. Bu səbəbdən Dario eyni vaxtda iki əməliyyat olunacaq. Braziliyalının hər iki əməliyyatının xərcləri və bərpaedici proses üçün tələb olunan maliyyə vəsaiti “Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin tapşırığına əsasən klub tərəfindən ödəniləcək.

Frederikonu əməliyyat etmək üçün Fransadan həkim dəvət olunub. Bu həkim vaxtilə Kərim Benzemanı da əməliyyat edib.

Darionun “Kəpəz”in düşərgəsinə qayıdışı gələn ilin aprel ayına təsadüf edəcək.

Qeyd edək ki, Frederiko Topaz Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib (klub saytı).  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31